Məhkəmə qərarları › İş №3(002)-1043/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1043/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1043/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X8, X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Şəki şəhəri, Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şəki şəhəri, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X11, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1883/2018 saylı, 06 iyun 2018-ci il tarixli icra vərəqəsi üzrə 4485,66 manat borcu və Qaradağ Rayon Məhkəməsinin 2(00)-1344/2021 saylı 17 may 2021-ci il tarixli icra vərəqəsi üzrə 640 manat borcu üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1883/2018 saylı, 06 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən 07 iyun 2013-cü il təvəllüdlü X5 və 08 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs 16 aprel 2018-ci il tarixdən başlayaraq, iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 153 manat olmaqla, cəmi iki uşağa görə 306 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 2(002)-1344/2021 tarixli icra vərəqəsi üzrə İddiaçı X4 cavabdeh Şəxs qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, 07 iyun 2013-cü il təvəllüdlü X5 və 08 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhər Qaradağ rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(002)-1883/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 160( yüz altmış) manat olmaqla, ümumilikdə iki uşağa görə 320 ( üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1883/2018 saylı, 06 iyun 2018-ci il tarixli icra vərəqəsi üzrə borclunun 4485,66 manat, 2(002)-1344/2021 tarixli icra vərəqəsi üzrə isə 640 manat borcu var. Ümumilikdə isə bu borc məbləği 5125 manat 66 qəpik təşkil edir. Şəxs "xxxx" MMC-də işlədiyi müddətdə ondan 06 iyun 2018-ci il tarixli qətnamə üzrə 3910 manat borc tutulması üçün onun əmək haqqına yönəldilib. Bundan sonra borclu 07 may 2021-ci il tarixdə öz xahişi ilə işdən çıxıb. Borclu məşğulluq mərkəzində qeydiyyata alınsa da işləməkdən imtina etmişdir. Şəxs "xxxx" MMC-dən işdən çıxdıqdan sonra aliment borcundan heç bir ödəniş etməyib. X2 öz izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəmir və buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 07 iyun 2013-cü il təvəllüdlü X5 və 08 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 16 aprel 2018-ci il tarixdən başlayaraq, iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 153 manat olmaqla, cəmi iki uşağa görə 306 manat aliment tutulması qət edilmişdir. 06 iyun 2018-ci il tarixli qətnamə ilə isə ondan ümumilikdə iki uşağa görə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Əvvəllər aliment borcundan qismən ödənişlər etsə də sonradan işləmədiyi üçün ödəniş edə bilməmiş və hal-hazıradək 5125 manat aliment borcu yaranmışdır. Hazırda da aliment borcundan hər hansı bir miqdarda ödəniş etmək iqtidarında deyildir. 28 avqustda işə düzələciyini və bundan sonra aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 23 avqust 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar