Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1044/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X5, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhəri doğulmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 23.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 17.08.2020-ci il tarixdən başlayaraq 30.11.2013-cü il təvəllüdlü X2 və 17.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(002)-140/2021 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(002)- 140/2021 nömrəli icra vərəqəsinə əsasən 17.08.2020-ci il tarixdən başlayaraq 30.11.2013cü il təvəllüdlü X2 və 17.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmiş, icra sənədi 12 fevral 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamışdır. Borclu axtarış qərarına əsasən 23 avqust 2021-ci il tarixdə Qaradağ RPİnin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün Qaradağ rayon İcra şöbəsinə təhvil verilmiş, həmin tarixdə onun izahatı alınmış və o izahatında işsiz olduğundan aliment öhdəliklərini icra edə bilmədiyini bildirmişdir. Borclu Şəxs tərəfindən bu günə kimi tələbkarın xeyrinə 1080 mant ödənilmiş, eləcə də 251,60 manat onun əvvəllər işlədiyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “QSC-dən aldığı əmək haqqısından tələbkarın xeyrinə tutulmuşdur. Borclunun bu günə olan aliment borcu 2748.66 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, hazırda işsiz olduğundan və maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini tam icra edə bilmir. Özü İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədən qayıtdıqdan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “QSC-yə işə düzəlmiş, lakin 3 ay olar ki, əvvəllər fəhlə işlədiyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “QSC-dən işdən çıxmışdır. İşdən çıxmasına səbəb Limanda təmir bərpa işlərinin aprılmasıdır. İşlədiyi müddətdə tələbkarın xeyrinə İcra sənədi üzrə ümumilikdə 1331.60 manat ödəmiş, ödənilməmiş qalan 2748,66 manat aliment borcununu altı ay ərzində ödəyəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(002)-140/2021 nömrəli icra vərəqəsinə əsasən 17.08.2020-ci il tarixdən başlayaraq 30.11.2013-cü il təvəllüdlü X2 və 17.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu tərəfindən bu günə kimi ümumilikdə onun xeyrinə 1331.60 manat ödənilmiş, ödənilməmiş qalan aliment borcu isə 2748,66 manat təşkil edir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 2748,66 aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(002)-140/2021 nömrəli icra vərəqəsinə əsasən 17.08.2020-ci il tarixdən başlayaraq 30.11.2013-cü il təvəllüdlü X2 və 17.02.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 12.02.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(002)-140/2021 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nizami Novruzovun Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi Kamal Əliyevə ünvanlandığı 23 avqust 2021-ci il tarixli, 070-10024 nömrəli məktubun surətindən görünür ki, barəsində 31286 saylı axtarış işi açılmış Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilmişdir. X4 X12 tərəfindən verilmiş 414 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs İİ Vətən Müharibəsi iştirakçısı olmuşdur. Alimentin alınması haqqında X9 tərəfindən verilmiş 12 fevral 2021-ci il və 05 aprel 2021-ci il tarixli qəbzlərdən görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-140 saylı 05 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tərəfindən ümumilikdə 1080 manat aliment pul vəsaiti qəbul etmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən verilmiş 2/02-09/929 nömrəli, 09 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Şəxs əmək müqaviləsinə 06 iyul 2021-ci il tarixdə xitam verilmişdir. Ümumilikdə əmək haqqısından 251.6 azn aliment borc məbləği tutularaq X6 bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(002)- 140/2021 nömrəli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini müəyyən edilmiş müddətdə tam icra etməsə də, X1na 1331.60 manat ödəniş etməsi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), İİ Vətən Müharibəsi iştirakçısı olmasını (İXM-32.3) məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1044/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1044/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver