Məhkəmə qərarları › İş №3(002)-1045/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1045/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1045/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs təsisçisi Eyyub-X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Şəxs MMC AQTA-nın Bakı Regional Bölməsinin İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzi ünvanında satmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin təsisçisi X5 oğlu öz izahatında Şəxs MMC barəsində tərtib edilmiş prokolu qəbul etməyərək bildirmişdir ki, 31 mart 2021-ci il tarixdə Şəxs MMC tərəfindən yuxarıda qeyd olunan və 640 kq miqdarda olan yodlaşdırılmış duzla birgə iyirmi adda digər yeyinti məhsulları, məsələn kofe, saqqız, şəkərli içkilər, uşaq qidası və s. də idxal olunmuşdur. AQTA-nın Bakı regional Bölməsi qeyd olunan məhsullara qida sertifikatı verdiyi halda təkcə idxal olunan duz məhsullarının vaxtında ekspertizasını aparmamış və həmin məhsul partiyasına qida sertifikatı verilməmişdir. Nəticədə həmin duz məhsulları sertifikat olmadan satılmışdır. O, öz izahatında inzibati pozuntunu AQTA-nın Bakı regional bölməsinin məsuliyyətsizliyi ilə əlaqələndirərək və Şəxs MMC-nin heç bir təqsiri olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 06 oktyabr 2022-ci il tarixli iclasında iştirak edən AQTA-nın Bakı regional böməsinin idxal və ixraca nəzarət sektorunun aparacı məsləhətçisi X2 öz izahatında 19 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin Rusiya Federasiyasından ölkəyə idxal etdiyi 640 kiloqram çəkidə duz məhsulunun qida təhlükəzsizliyi sertifikatı almadan satdığını və bu barədə AQTA-ya heç bir məlumat verilmədiyini bildirmişdir. Odur ki, MMC-nin inzibati qaydada cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizədən” aydın olur ki, İD********** saylı müraciət üzrə ölkəyə idxal olunan məhsul yodlaşdırlmış duz olmuşdur və həmin məhsulun ölkəyə giriş tarixi 31 mart 2021-ci il üçün nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş AQTA-nın Bakı Regional Bölməsinin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı 18 may 2022-ci il tarixli, 23/1İİSN-4977 saylı məktubundan və ona əlavə edilmiş sorğudan aydın olur ki, "xxxx" MMC tərəfindən qida məhsullarının ölkəyə idxal olunub-olunmaması ilə bağlı sertifikatda qeyd edilmiş 640 kiloqram duz məhsulunun Rusiya Federasiyasından ölkəyə idxal olunub-olunmaması barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin AQTA-nın Bakı regional Bölməsinə ünvanladığı 20 iyun 2022-ci il tarixli, 1400-012/0xx-xx/003836 saylı məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, 23/1/15N-4977 saylı məktuba cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN **********) adına Rusiya Federasiyasından, xx.xx.2021-ci il tarixli 10 nömrəli hesab-faktura (invoys),40627/21 qeydiyyat nömrəli idxal icazə sənədi ilə, 24 mart 2022-ci il tarixli 10 nömrəli, aiqı-satqı müqaviləsi ilə göndərilən Bakı Baş Gömrük idarəsində 31 mart 2021-ci il tarixli, **********6666 sorğu nömrəli gömrük bəyannaməsi iiə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş AQTA-nın Şəxs MMC-yə ünvanladığı 22 iyul 2022-ci il tarixli, 23/2/İSN-7506 saylı məktubunda göstərilmişdir ki, “sizin İdxal etdiyiniz yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi ilə bağlı olan xx.xx.2021-ci il tarixli İDQ121070931 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Məlumat üçün bildirik ki, müraciət qanunvericiliyə uyğun olaraq müvafiq qaydada icraya götürülsə də, lakin tərəfinizdən malların idxal olunması ilə bağlı məlumatlar sistemə daxil olunmamışdır. Müraciətin izlənilməsii məqsədi ilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxal olunub olunmaması ilə bağlı Gömrük orqanlarına sorğu göndərilmiş və nəticədə məhsul partiyasının ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, "Lisenziyalar və icazələr haqqında" Azerbaycan Respublikasının 2016- cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azerbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Qida təhlükəsizliyi sertifikatı olmadan qida məhsullarının satılması inzibati xətalar məcəlləsinə 447.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyətdir. Azərbaycan Respublikası Qida X1 4.0,3-cü yarımbəndinə əsasən fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq Agentliyin hüquqlarına aid edilmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq, müraciətiniz əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların xx.xx.2022-ci il tarixinədək Agentliyin Bakı regional bölməsinə təqdim etməyiniz sizdən xahiş olunur. Qeyd; Qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcək və barənizdə inzibati xeta haqqında iş üzrə icraata başlanılacaqdır.” İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli, 23/1/İSN-8436 saylı “İnzibati xəta haqaqında iş üzrə icraata başlanılması” haqqında bildirişin surətindən aydın olur ki, Şəxs MMC-nin idxal etdiyi yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi ilə bağlı olan xx.xx.2021 -ci il tarixli İD********** nömrəli müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik oimaiıdır.Məlumat üçün bildirik ki, müraciət qanunvericiliyə uyğun olaraq müvafiq qaydada icraya götürülsə də, lakin tərəfinizdən malların idxal olunması ilə bağlı məlumatlar sistemə daxil olunmamışdır. Müraciətin izlənilməsi məqsədilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxal olunub olunmaması ilə bağlı Gömrük orqanlarına sorğu göndərilmiş və nəticədə məhsul partiyasının ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Qida X1 4.0.3,-cü yanmbəndinə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq Agentliyin hüquqlarına aid edilmişdir. Bununla bağlı sözü gedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi ve ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün 22.07,2022-ci il tarixli 23/2/1SN-7506 nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə xx.xx.2022-ci il tarixinədək məlumat verilməsi qeyd olunsada, lakin hal hazırki dövrə qədər “Ləzzət-2018 MMC” tərəfindən cavab məktubu ünvanlanmamış və ya bu barədə regional bölməyə məlumat verilməmişdir. Məlumat üçün bildiririk ki, regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcək və ya barəsində inzibati icraata başlanılacağı bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması iiə bağiı səbəblər olduğu üçün həmin məcəllənin 100.1-ci ve 100.2-ci maddələrinin tələblərini nəzərə alınaraq 17 sentyabr 2022-ci İl tarixində saat 1l2fl~da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlmələri zəruri hesab edilmişdir. Məhkəmə iclasında Şəxs təsisçisi X5 oğlu tərtib edilmiş protokola etiraz etsə də, öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmiş və buna hər hansı bir formada cəhd belə göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar