Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1046/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, X2 katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinn 11-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X5, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Novruzallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində sanitariyagigiyena və karantin rejiminin tələblərini pozmuşdur. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinn 11-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X9 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinn 11-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X9 tərtib etdiyi protokun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində Hacıqabul rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları polis serjantı A.Zərbəliyev, S.Quliyev birgə xidmətdə olarkən bir nəıfər şəxs onlara yaxınlaşaraq özünə məxsus olan BMV markalı **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin oğurlanması ilə bağlı müraciət etmiş araşdırma zamanı müəyyən olunmuşdur ki, X7 özünə məxsus **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Ələt qəsəbəsində 65-ci km-də quraşdırılmış xüsusi karantin postunda yoxlama məntəqəsində əməkdaşlar avtomobildə olan sürücü və sərnişinə icazələrinin olub-olmamasını soruşmuşlar və müəyyən olunmuşdur ki, sürücü X4 Bakı şəhərinə girişinə icazəsi yoxdur, avtomobildə olan sərnişinin Bakı şəhərinə giriş üçün icazəsi olduğu müəyyən olunduğundan həmin şəxsə Bakı şəhərinə girişə icazə verilmiş, sürücü X4 icazəsi olmadığından rayon istiqamətinə geri qaytarılmışdır. Bundan sonra müəyyən olunmuşdur ki, sürücü X7 birlikdə rayon istiqamətinə doğru hərəkət edərək qarşıda olan “SOCAR” yanacaq doldurma məntəqəsini keçdikdən sonra geriyə dönmə yerindən geri dönərək, Bakı şəhərinə girmək üçün icazəsi olan Şəxs avtomobilin sükan arxansına keçərək sürücü ilə yerlərini dəyişib, yenidən yoxlama məntəqəsinə daxil olmuşlar. Yoxlama zamanı müəyyən olmuşdur ki, avtomobildə sərnişin kimi əyləşən X4 Bakı şəhərinə girmək üçün icazəsi yoxdur. Bu səbəbdən də X7 avtomobildən düşmüş, sürücü Şəxs isə avtomobili idarə edərək postdan uzaqlaşmışdır. Həmin şəxslər ərazi üzrə Qaradağ rayon Polis İdarəsinn 11-ci polis bölməsinə gətirilmişlər. Həmçinin verilmiş suala cavab olaraq bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli raport əsasında Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 04:00-dan 11-ci polis bölməsində saxlanılsa da barəsində tutulma haqqında protokol tərrtib edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə gecə vaxtı Bakıya getmək üçün Salyan yolu ərazisində yerləşən Hacıoğlu restoranının qarşısında olarkən **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə adını sonradan bildiyi X6 yaxınlaşaraq onu da Bakı şəhərinə aparmasını xahiş etmiş və sürücü ilə 5 manat müqabilində razılığa gələrək üzü Bakı şəhəri istiqamətinə yola düşmüşlər. Qaradağ rayonu Ələt qəsəbəsində 65-ci km-də quraşdırılmış xüsusi karantin postunda yoxlama məntəqəsində polis əməkdaşları sənədləri yoxlayan zaman sürücünün sənədləri olmadığı onun isə icazəsi olduğu müəyyən olunaraq sürücü geri qaytarılmış, ona isə avtomobildən düşərək Bakı şəhərinə gedə bilməsi bildirilmişdir. Bundan sonra **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təık buraxmamaq üçün qərara gəlmişlər ki, onun Bakı şəhərinə girmək üçün icazəsi olduğundan avtomobili o idarə edib Bakı şəhərinə getsinlər. Birlikdə qərara gəldikdən sonra o sürücü ilə yerini dəyişərək postun yaxınlığında yerləşən SOCAR” yanacaq doldurma məntəqəsinin yanından geri dönərək yenidən posta daxil olaraq yoxlama məntəqəsində növbədə gözləmişlər, növbələri çatdıqdan sonra polis əməkdaşları həmin tarixdə saat 03:00 radələrində yenidən onlara yaxınlaşaraq icazələrinin olub-olmamasını yoxlamış, yenə də müəyyən olunmuşdur ki, sürücü X4 Bakı şəhərinə girmək üçün icazəsi yoxdur. Onun isə icazəsi olduğundan ona sərbəst şəkildə postu keçməyə icazə verilmişdir. Bundan sonra sürücü X7 postda saxlanıldığından o, avtomobili idarə edərək postdan bir qədər aralıda saxlayaraq Qaralı Muradzadənin gəlməsini gözləmişdir. Bir qədər keçdikdən sonra PPX əməkdaşları ona yaxınlaşaraq onlarla birlikdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə getməyi təklif etmişlər. O da onarın təkiflərinə etiraz etməyərk onlarla birlikdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gəmişdir. Həmçinin verilmiş suala cavab olaraq bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 04:00 radələrində məhkəməyə gətirilənədək Qaradağ RPİ-nin 11-ci polis bölməsində saxlanılmışdır. Son olaraq bir daha analoji hallara yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının oduğunu qeyd edib barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: Hacıqabul RPŞ-nin polis serjantı Aydın Zərbəliyevin xx xxxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, 07 sentyabr 2020-ci il tarixdə Ələt karantin postunda S.Quliyevlə xidmətdə olarkən bir nəfər şəxs onlara yaxınlaşaraq özünə məxsus olan BMV markalı **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin oğurlanıdığını bildirmiş, sonradan onlara məlum olmuşdur ki, vətəndaş X1 postunu qanunsuz keçməkdən ötəri onlara yalandan məlumat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 236 nömrəli qərarının 1.2-ci bəndinə əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 04:00-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 04:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1046/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1046/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver