Məhkəmə qərarları › İş №3(002)-1046/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1046/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1046/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 09 yanvar 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 23 avqust 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 23 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22.08.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “OBA” marketdən dəyəri 100 manat olan kərə və zeytun yağları oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru polis mayoru X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 23 avqust 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 3-4 aya yaxın olar ki, Lökbatan qəsəbəsində X7 ilə tanış olmuşdur. Maddi imkanları aşağı olduğundan tanışı Rüstəm ilə OBA mağazasına gedərək oradan yağ oğurlamaq qərarına almışlar. 22 avqust 2021-ci il tarixdə tanışı Rüstəmlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “OBA marketə gedərək içəri daxil olub heçkimin onları görmədiyinə əmin olduqdan sonra 10 ədədə zeytun və 02 ədəd kərə yağlarını oğurlayaraq dərhal mağazadan çıxmışdır. Oğurladıqları yağları 8-ci km bazarında tanımadıqları şəxslərə 50 manata satıb pulları Rüstəmlə aralarında bölmüşlər. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş maddi ziyan tərəfindən tam olaraq ödənilmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında Şəxs tərəfindən ona vurulmuş olan 100 manat ziyanın tam olaraq ödənildiyindən sonuncu ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, bu barədə ərizəsini məhkəməyə təqdim edərək ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, 23 avqust 2021-ci il tarixdə, saat 15:00-da azad edilmişdir 23 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzova ünvanlanmış 23 avqust 2021-ci il tarixli raportdan görünür ki, X3 22 avqust 2021-ci il tarixdə ərizə ilə 10-cu PB-ya müraciət edərək administrator işlədiyi mağazasından ümümilikdə 100 manat dəyərində olan kərə və zeytun yağların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. X3 ərizəsində qeyd etdiyi xüsusatları izahatı ilə bir daha təsdiq etmişdir. Araşdırma zamanı Oba marketdən yağları oğurlayan şəxslər tapılaraq təhqiqata təmin edilmişdir. Oğurluq edən şəxslər ünvan 3 ünvanında yaşayan 13 mart 1983-cü il təvəllüdlü X7 və Bakı şəhərində anadan olmuş ünvan 1 ünvanında yaşayan 09 yanvar 1975-ci il təvəllüdlü Şəxsdur. İzahatı alınan X7 və Şəxs səmimi olaraq Oba mağazasından yağları oğurladıqlarını və 8-ci km bazarında satdığını etiraf etmişdir. Qaradağ RPİ-nin 10-cu PBnin təhqiqatçısı Emil Seyidbəyov tərəfindən X1 müraciəti üzrə araşdırma aparıldıqdan sonra material üzrə cinayət tərkibi yaranmadığı üçün CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin oğurluq edən X5 və Şəxs əməllərində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığını məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X3 ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə X3 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar