Məhkəmə qərarları › İş №3(002)-1047/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1047/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1047/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X1, 10 saylı vəkil bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasəninzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış karantin postundan xüsusi icazəsi olamdan keçərək oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bununlada o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Buna görə də xx xxxxxxxx 2020-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək karantin rejiminin qaydalarını pozduğunu bildirmişdir. O, öz izahatında göstərmişdir ki, 06 sentyabrdan – xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə öz şəxsi avtomobilində Cəlilabad rayonundan Bakı şəhərinə gedərkəm Salyan rayonunun ərazisində yolda əvvəllər tanımadığı və adı ona sonradan məlum olan Xaqani adlı şəxs yol kənarında ona saxla işarəsi vermiş və o da həmin Xaqani adlı şəxsi öz avtomobilinə ayləşdirərək yoluna davam etmişdir. Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış karantin postuna yaxınlaşdıqda o, Xaqanidən xüsusi icazəsinin olub-olmamasını soruşmuşdur. Xaqani isə cavabında karantin postunu keçmək üçün iczasənin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Bakıya buraxmayaraq geriyə qaytarmış Xaqanini isə xüsusi karantin postundan buraxmışlar. Bundan sonra o maşını kənarda saxlayaraq Xaqaniyə yaxınlaşmış və ondan xahiş etmişdir ki, onun avtomobilini postan keçirtsin. Özü isə piyada postu keçəcəyini bildirmişdir. Daha sonra isə Xaqani xüsusi karantin postundan onun avtomobili ilə keçmiş və o da piyada postun kənarından keçə bilmişdir. Daha sonra isə o postu keçdikdən sonra bir saatdan artıq avtomobilini axtarmış, lakin avtomobili tapmadığından Xaqaninin avtomobili oğurladığını düşünmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək Ələt qəsəbəsində quraşdırılmış xüsusi karantin postunun yaxınlıqında ona məxsus avtomobilin oğurlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra isə o avtomobilinin uzaqda durduğunu görmüş və dərhal yenidən DİN-nin 102 xidmətinə zəng edərək avtomobilinin tapıldığını və heç bir şikayətinin olmadığnı bildirmişdir. Lakin o avtomobilinə yaxılaşdığı zaman polis əməkdaşları bunu görmüş və onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Polis Bölməsinə dəvət olunmuşlar. Hər iksinin barəsində protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşlar. Hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar