Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1047/2022 21.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7, X1 vəkili və nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonu, Bürünlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X10, borclu Şəxs barəsində 21 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/21 saylı 23 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs X8 olan 2680 manat borcu ödəmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X10 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/21 saylı 23 iyun 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" ASC-dən iddiaçı X5 xeyrinə 560 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, cavabdeh Şəxs iddiaçı X5 xeyrinə 2680 manatın tutulması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manatın X3, cavabdehlər "xxxx" ASC və Şəxs müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmiş, bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 21 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X1 vəkili və nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X9 avtomobilin mülkiyyətçisi olmaqla, yol nəqliyyat hadisəsi Şəxs təqsiri nəticəsində baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində tələbkarın avtomobilinə iki dəfə ziyan dəymiş hesab olunur, biri real zərər, yəni avtomaşının zədələnməsi, digəri isə onun əmtəə dəyərinin aşağı düşməsi ilə bağlıdır. Hal-hazırda Şəxs tələb olunan məbləğ avtomobilin əmtəə dəyərinin aşağı düşməsi ilə bağlıdır. O, öz izahatında daha sonra qeyd etmişdir ki, tələbkar Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-321/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/21 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə Şəxs iddiaçı X5 xeyrinə 2680 manat tutulması qət edilmişdir. Həmin qətnamədən Şəxs kassasiya qaydasında şikayət vermiş, lakin bu şikayət məbləğ beş min manatdan aşağı olduğu üçün təmin olunmamışdır. Bundan əlavə qeyd etmişdir ki, Şəxs kifayət qədər vaxt olsa da bu müddət ərzində borcundan heç bir ödəniş etməmiş və bu ödənişi etməyə cəhd belə göstərməmişdir. Odur ki, borclu Şəxsnın barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqindən xəbəri vardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/21 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etsə də beş min manatdan aşağı olan iddialara kassasiya qaydasında baxılmadığından onun şikayəti təmin olunmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, əvvəllər "xxxx" ASC-də sürücü işləmiş, lakin sonradan işdən azad olunmuşdur. Hal-hazırda tikintidə fəhlə işləməklə fərdi əməklə məşğul olur, daimi gəliri yoxdur və işdən əldə etdiyi qazanc kifayət qədər olmadığından onun ehtiyaclarını ödəmir. Buna görə də qeyd olunan borcu ödəməkdə çətinlik çəkir. O, imkan yaradılacağı təqdirdə növbəti aydan 100-150 manat məbləğində ödənişlər edərək borcu bağlayacağını bildirmişdir. İlk dəfə inzibati məsuliyyətə cəlb edildiyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 21 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hazırki işə görə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi qaydada işləməməklə müvafiq gəlirə malik olmasını təsdiq edəcək hər hansı bir sübutların olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1047/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1047/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver