Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1048/2021 24.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhəri doğulmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 24.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)-1422/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 23 fevral 2018-ci il tarixdən başlayaraq 14 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)- 1120/2021 nömrəli icra sənədinə əsasən 14.08.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)-1422/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Şəxs heç bir üzürlü səəb olmadan qeyd olunan icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X12 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 24.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)- 1422/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 23 fevral 2018-ci il tarixdən başlayaraq 14 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra sənədinə əsasən 14.08.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)-1422/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarın ünvanına göndərilmişdir. Bundan sonra 24.08.2021-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)-1422/2018 nömrəli və Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra vərəqələrinin ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası icra ona həvalə edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamışdır. Borclu axtarış qərarına əsasən 24 avqust 2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün Qaradağ rayon İcra şöbəsinə təhvil verilmiş, həmin tarixdə onun izahatı alınmış və o izahatında müharibə iştirakçısı olduğunu, xəstəxanada müalicə aldığı və işsiz olduğundan aliment öhdəliklərini icra edə bilmədiyini bildirmişdir. Borclu Şəxs tərəfindən bu günə kimi tələbkarın xeyrinə 916 manat olmaqla 616 manat 2020-ci ilin dekabr ayında 300 manat 2021-ci ilin iyul ayında ödənilmişdir. Borclunun hər iki icra sənədi üzrə ümumilikdə bu günə olan ödənilməmiş aliment borcu 1149 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, hazırda işsiz olduğundan və maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini tam icra edə bilmir. Özü İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə zamanı bədəninin müxtəlif yerlərindən yaralar almışdır. Həmçinin müharibədən sonra psixoloji problemləri yaranmışdır. Hazırda da müalicəsini davam etdirir. Buna baxmayaraq tələbkarın xeyrinə İcra sənədi üzrə ümumilikdə 916 manat olmaqla 616 manat 2020-ci ilin dekabr ayında, 300 manat isə 2021-ci ilin iyul ayında ödəmişdir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini icra etmək niyyətindədir. Yaxın vaxtlarda müalicəsini bitirdikdən sonra işə düzəlib qalan 1149 manat aliment borcunu da tam ödəyəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri və İİ Qaradağ Müharibəsi zamanı Laçın rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət nümayiş etdirərək igidlik göstərdiyi üçün “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)-1422/2018 nömrəli və Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra vərəqələrinə əsasən 23 fevral 2018-ci il tarixdən başlayaraq 14 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, daha sonra alimentin miqdarı artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu tərəfindən bu günə kimi ümumilikdə onun xeyrinə 916 manat ödənilmiş, hər iki icra sənədi üzrə ümumilikdə ödənilməmiş qalan aliment borcu isə 1149 manat təşkil edir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 1149 aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)-1422/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 23 fevral 2018-ci il tarixdən başlayaraq 14 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 06.04.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)-1422/2018 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra sənədinə əsasən 14.08.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(002)- 1422/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 26.05.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti icra edən, polis mayoru Şükür İbrahimovun Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı 24 avqust 2021-ci il tarixli, 070-9412-1221 nömrəli məktubun surətindən görünür ki, barəsində 31171 saylı axtarış işi açılmış Şəxs 24 avqust 2021-ci il tarixdə Sahil qəsəbəsi ərazisində saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilmişdir. 24.08.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)-1422/2018 nömrəli və Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra vərəqələrinin ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 24 avqust 2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, borclu Şəxs icra sənədi üzrə X1nın xeyrinə ümumilikdə 916 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əİiyev tərəfindən imzalanmış 29 dekabr 2020-ci il tarixli sərəncamdan görünür ki, əsgər Şəxs Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümayiş etdirdiyi üçün ” Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(002)- 1422/2018 nömrəli və Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(002)-1120/2021 nömrəli icra vərəqələrinin icrasını təmin etməmişdir. Habelə halhazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş aliment öhdəliklərini müəyyən edilmiş müddətdə tam icra etməsə də, X1na müəyyən məbləğdə ödənişlər etməsi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), İİ Vətən Müharibəsi iştirakçısı olmaqla medalla təltif olunmasını (İXM-32.3), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1048/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1048/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver