Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1049/2021 25.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs X10 oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 25 avqust 2021-ci il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 19 iyul 2021-ci il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 3 ünvanında yaşayan X5 yaşadıqları binanın həyətində döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİnin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 30 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədi ilə qərarın surətinin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirmişdir ki, 19 iyul 2021-ci il tarixdə axşam saatlarında öz obyektinə bitişik bağ sahəsində qonşusu Şəxs ağacları suladığını görmüş, Süleyman onu görər-görməz amiranə şəkildə niyə su xəttinə toxunduğunu, kəsdiyini soruşmuşdur. Zərərçəkən iddia edir ki, əslində su xətti kəsilməmişdi, sadəcə olaraq yeri 10-15 sm dəyişmişdi. Buna səbəb icra nümayəndəliyinin tikinti mühəndisinin su xəttini qazıb aşağı salmağı xahiş etməsi olmuşdur. Bunun üstündə tərəflər arasında mübahisə yaranmış, mübahisə zamanı X4 ona yaxınlaşaraq onu qəflətən güclü zərbə ilə vurmuş və yaxasından yapışaraq aşağıyuxarı sürümüşdür. Buna görə də daşlıq-qumlu torpaq sahəsində qolu, ayağı və yan tərəfi əzilib, yaralanmışdır. X10 oğlu onu da bildirmişdir ki, Şəxs bundan əvvəldə bir neçə dəfə onun tikdiyi obyektin çöl tərəfində hörgünü dağıtmış və onu təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, Aydın Hüseynovun yaşadığı binanın qarşısında obyekti var, onu icarəyə verib, çay evi kimi fəaliyyət göstərir. 19 iyul 2021ci il tarixdə, saat 21 radələrində binanın qarşısında əkdiyi ağacları sulamaq istəyərkən Aydın Hüseynovun onun çəkdiyi su xəttini zədələdiyini görmüş, su xəttini niyə zədələdiyini ondan soruşanda Aydın onun atasının ünvanına nalayiq söyüşlər söymüş və hədələmişdir. Buna görə də, ona yaxınlaşaraq niyə söyüş söydüyünü soruşmuş və Hüseynov Aydının onu bir daha təhqir etməsinə görə onun yaxasından tutub itələmiş, Hüseynov Aydın yıxılmışdır. O Hüseynov Aydını döyməmişdir. Sonradan ona məlum olmuşdur ki, Aydın Hüseynov onun barəsində şikayət edib. O öz izahatında daha sonra göstərmişdir ki, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır, törətdiyi əməldən peşman deyil və zərərçəkmiş şəxslə barışmaq niyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən Şəxs özünü qeyri-səmimi apararaq nəinki barışmağa cəhd göstərməmiş, əksinə zərərçəkmiş şəxsin ondan üzrxahlıq istəməli olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 30 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun əməlində X5 qəsdən döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi üçün barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədi ilə Qərarın surətinin 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası və X1 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli 483 nömrəli ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sol saidin, sol əlin arxa səthinin və hər iki dirsək oynağının arxa səthinin, sol əlin sıyrıqları, bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-5 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 19 iyul 2021-ci il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1049/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1049/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver