Məhkəmə qərarları › İş №3(002)-1049/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1049/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1049/2022 30.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin 05 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin 05 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar əsasında Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə tənbehi tətbiq olunmuşdur. Həmin qərara əsasən o sürücülük hüququ məhdudlaşdırıldığı halda “Toyota Prius” minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Lakin, Qaradağ Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsa da həmin məhkəmənin 20 iyul 2022-ci il tarixli qərarı ilə 17 mart 2022-ci il tarixli qərarın icrasına xitam verilmişdir. Odur ki, Bakı şəhəri DYPİ-nin 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhərı DYPİ Yol Patrul Xidmətinə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, S.Z.Həsənov 05 sentyabr 2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsi əməllərinə yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(002)-375-2022 nömrəli qərarı ilə Z.S.Həsənovun Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 20 yul 2022-ci il tarixli, 3(002)-375/2022 nömrəli qərarı ilə S.Z.Həsənovun Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilətəqsirli bilinərə, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)- 375/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarının icrasına xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.Z.Həsənov barəsində 05 sentyabr 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və S.Z.Həsənovun 05 sentyabr 2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsi əməllərinə yol verməsi səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.Z.Həsənovun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri DYPİ Yol Patrul Xidmətində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, qeyd edilən inzibati xəta haqqında protokol S.Z.Həsənovun barəsində tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrinin idarə etmək hüququnun mədudlaşdırılması haqqında Qaradağ Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarının icrasına həmin məhkəmənin 20 iyul 2022-ci il tarixli qərarı lə xitam verildiyindən sonuncu həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarla razılaşmadığını bildirir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin 05 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin 05 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhəri DYPİ Yol Patrul Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ Yol Patrul Xidməti 05 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması Bakı Şəhəri DYPİ Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar