Məhkəmə qərarları › İş №3(002)-105/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-105/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-105/2025 19.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızınun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM ünvanında xx.xx.2025-ci il tarixdə saat 13:00-da “Star Sport” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs X3 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM ünvanında xx.xx.2025-ci il tarixdə saat 13:00-da “Star Sport” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs X3 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq olaraq xx.xx.2024-cü il tarixdə müfəttişlər tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2024-cü il tarixdə yazılı göstəriş göndərilmiş və göstərişin çatdırılması ilə bağlı qəbz iş materiallarına əlavə edilmişdir. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil protokola etiraz təqdim edərək bildirmişdir ki, Sədərək ticarət mərkəzi qapalı məkanda yerləşir və qüvvədə olan "Reklam Haqqında" Qanunun tələbləri reklamın "açıq məkanda" reklam yerləşdirilməsini nəzərdə tutduğundan inzibati xəta tərkibinin ticarət mərkəzinin daxilində və qapalı məkanda yerləşən ticarət mağazalarına heç bir aidiyyatı yoxdur. "xxxx" Ticarət Mərkəzinin ərazisində, üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və s. bu kimi təyinatlı obyektlər açılmışdır. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Ticarət mərkəzi qapalı ərazidə yerləşməklə özəl mühafizə xidməti tərəfindən mühafizə olunur və qorunur. Ticarət Mərkəzi hər gün saat 08- 00 dan açılır və axşam saat 19-00 dan sonra qapadılaraq əraziyə giriş məhdudlaşdırılır. Ticarət mərkəzinin 4 girişi vardır. "xxxx" Firmasına məxsus olan və ancaq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət göstərən ticarət mərkəzi burada çalışanların iş yeridir. Əraziyə giriş və çıxış xüsusi ayrılmış keçidlərdən keçməklə həyata keçirilir. Bilavasitə ticarət mərkəzinin daxili ərazisində bağlı məkanda yerləşdirilən reklam lövhələri ərazinin genişliyini və böyüklüyünü nəzərə alaraq, ancaq istiqamət məqsədi daşıyır və bilavasitə ticarət mərkəzinin ərazisində olan həmin ticarət mağazasının hansı zonada, hansı korpusda, hansı sırada və neçə nömrəli mağazada yerləşdiyini göstərir və koordinat rolunu oynayır. Ticarət mərkəzinin daxilində olan və tanıtım məqsədi ilə yerləşdirilən lövhələr ancaq ticarət mərkəzinin ərazisinə daxil olduqdan sonra görünür. İnzibati xəta haqqında protokola əlavə edilmiş foto şəkildən də görünür ki, həmin foto-şəkil ticarət mərkəzinin daxili ərazisində çəkilmişdir. reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək məqsədi ilə yayımlanan məlumat hesab edilir, hazırkı iş üzrə "xxxx" Ticarət Mərkəzi" məzmunlu yazının reklam hesab edilməsi reklam anlayışının təbiətinə uyğun gəlmir, belə ki, istehlakçı artıq öz seçimini edərək özü üçün zəruri malları əldə etmək üçün qapalı məkan olan Sədərək ticarət mərkəzinə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM ünvanında xx.xx.2025ci il tarixdə saat 13:00-da “Star Sport” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 14:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM ünvanında “Star Sport” adlı obyektin üzərində müvafiq icazə olmadan 5 ədəd sahəsi 38 m2 reklam daşıyıcısı yerləşdirilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan hesab fakturalarından görünür ki, Sədərək Firması tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinə 2023-2025-ci illər ərzində ümumilikdə 35365,69 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalından vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair bölməsinin çıxarışından görünür ki, X2 məxsus ********** nömrəli VÖEN mövcuddur. İnzibati xəta haqqında protokola əlavə edilmiş foto şəkildən də görünür ki, həmin foto şəkil ticarət mərkəzinin daxili ərazisində çəkilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2093/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sədərək TM-də yerləşən "xxxx" MMC-nin reklam lövhələri ticarət mərkəzinin daxilində yerləşdirildiyindən ticarət mərkəzinin ərazisində olması və "açıq məkanla bağlı maddənin dispozisiya şərtləri ilə uyğunluq təşkil etməməsi nəzərə alınaraq, "xxxx" MMC tərəfindən yerləşdirilmiş reklam lövhələri açıq məkanda deyil, ticarət mərkəzinin daxilində olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2002/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin fəaliyyət göstərdiyi mağaza açıq məkan sayılmayan "Sədərək” firmasının daxilində mövcud olub, mübahisələndirilən «Artel Shivaki» yazısı qapalı məkan sayılan "xxxx" firmasının həyətinə yerləşdirilməsi halı nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2094/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, yuxarı instansiya məhkəməsinin mövqeyinə görə "xxxx" ticarət mərkəzinin ərazisində, üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və s. bu kimi təyinatlı obyektlər mövcuddur, yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur, ticarət mərkəzi özəl mühafizə xidməti tərəfindən mühafizə olunur. Ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşmişdir, onun dörd girişi vardır. "xxxx" ticarət mərkəzinin daxili ərazisi qapalı məkandır, iş vaxtı 24 saatı əhatə etmir, axşam saatlarında saat 19:00-dan sonra ticarət mərkəzi bağlanır və heç bir fəaliyyət göstərmir. Ərazi özəl mühafizə xidmətləri tərəfindən mühafizə olunur, işıqlandırılan lövhələr söndürülür. Ticarət mərkəzinin daxilində əsas korpuslara olan girişləri göstərən lövhələr vardır, ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kənar istehsalçının burada koordinat göstərən yazısı yoxdur. Bundan başqa yuxarıda qeyd edilən "Reklam haqqında" Qanunda reklamın anlayışı verilmiş, həmin qanuna əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat hesab edilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolu, proses iştirakçılarının izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə Sədərək Ticarət Mərkəzinin daxilində yerləşən obyektlərin məxsus olduğu sahibkarların eyniadlı inzibati xətaya görə təqsirləndirilməsinə dair işlər üzrə yuxarı instansiya məhkəməsinin mövqeyinə istinad edərək hesab edir ki, "xxxx" ticarət mərkəzinin ərazisində, üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və s. bu kimi təyinatlı obyektlər mövcud olmaqla, oların yaxınlığında heç bir yaşayış məntəqəsi yoxdur, ticarət mərkəzi özəl mühafizə xidməti tərəfindən mühafizə olunur. Ticarət mərkəzi əsas avtomagistraldan, avtomobil yolundan kənar məsafədə yerləşmişdir və onun dörd girişi vardır. "xxxx" ticarət mərkəzinin daxili ərazisi qapalı məkandır, iş vaxtı 24 saatı əhatə etməməklə, axşam saatlarında saat 19:00-dan sonra ticarət mərkəzi bağlanır və heç bir fəaliyyət göstərmir. Ərazi özəl mühafizə xidmətləri tərəfindən mühafizə olunur, işıqlandırılan lövhələr söndürülür. Ticarət mərkəzinin daxilində əsas korpuslara olan girişləri göstərən lövhələr vardır, ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kənar istehsalçının burada koordinat göstərən yazısı yoxdur. Bundan başqa yuxarıda qeyd edilən "Reklam haqqında" Qanunda reklamın anlayışı verilmiş, həmin qanuna əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat hesab edilmişdir. Göründüyü kimi, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək məqsədi ilə yayımlanan məlumat hesab edilir, hazırki iş üzrə "Star Sport" məzmunlu yazının reklam hesab edilməsi reklam anlayışının təbiətinə uyğun gəlmir, belə ki, istehlakçı artıq öz seçimini edərək özü üçün zəruri malları əldə etmək üçün qapalı məkan olan Sədərək Ticarət Mərkəzinə gəlmiş hesab olunur. "Star Sport" məzmunlu yazı reklam hesab edildiyi təqdirdə, bu, istehlakçının diqqətinin yenidən həmin ticarət mərkəzinə cəlb edilməsi demək olacaqdır ki, bu da ağlabatan deyildir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, "Star Sport" məzmunlu yazı X3 tərəfindən açıq məkanda deyil, qapalı məkanda yerləşdirilmişdir, bundan əlavə həmin yazı açıq məkanda reklam hesab oluna bilməz ki, bu hal isə sahibkarın hərəkətlərində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 428.7.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar