Məhkəmə qərarları › İş №3(002)-1050/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1050/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1050/2021 25.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, xx.xx.1992-ci ildə Qobustan rayonu, Ərəbqədim kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən material daxil olmuşdur. Məhkəmə iş üzrə materialı araşdıraraq hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.5-ci maddəsinin tələbinə görə, inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir; 103.2-ci maddəsinin tələbinə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir; 111.3-cü maddəsinin əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır; 332.4- ci maddəsinin tələblərinə görə Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. İXM-in 332.4-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmamazlıq aradan qaldırılmadan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş AP ******* nömrəli, 28.07.2021-cı il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar