Məhkəmə qərarları › İş №3(002)-1051/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1051/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1051/2021 06.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu, Peyk kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu küçəsi, ev 82-də yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 23 iyul 2021-ci il tarixli AP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 21 iyun 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 7-ci massiv, “3 Qardaş” mağazasının qarşısında vətəndaş Şəxs idarə etdiyi “Vaz 21063” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 10 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, «VAZ 21063» markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də onun barəsində həmin maddə ilə inzibati qaydada ölçü götürülməsindən ötrü materialın Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu küçəsi, ev 82-də ailəsi ilə birlikdə yaşayır. O, X2 məxsus “VAZ 21063” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşını baş etibarnamə əsasında idarə edir. 06 ilə yaxındır ki, sürücülük təcrübəsi olmaqla “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. 29 iyun 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla Qaradağ rayonu, Qobustan qəsəbəsi, 7-ci massivdə üzü Ələt istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkət edirmiş. Qobustan qəsəbəsi, “3 Qardaş” ehtiyyat hissələri satılan mağazanı keçdikdən sonra hərəkətdə olduğu zaman bir nəfər şəxsin yolun sol hissəsindən sağ hissəsinə doğru qaçaraq yola daxil olduğunu görmüş, dərhal hadisənin qarşısını almaq məqsədilə əyləcə basıb, avtomaşını sol tərəfə çəkmişdir. Lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomaşının qarşı sol hissəsi ilə piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən avtomaşının alın şüşəsinə dəyərək yerə yıxılmışdır. O avtomabili saxlayıb yerə düşmüş və piyadaya yerdən qalxmağa köməklik göstərib, yol maşını ilə Qobustan qəsəbəsində yerləşən 20 saylı təcili tibbi yardım stansiyasına aparmışdır. Orada xəsarət almış X5 ilkin tibbi yardım göstərilmiş, müayinə olunmuşdur. O bir qədər sonra təkrar müayinə olunması məqsədilə Ələt qəsəbəsində yerləşən Dəmir yol xəstəxanasına aparmışdır. X3 təkrar müayinə olunmuş və ciddi bir xəsarəti olmadığı üçün evə buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı idarə etdiyi nəqəliyyat vasitəsi sərnişinsiz və yüksüz vəziyyətdə olmuşdur, eləcə də hadisədən vaxtı spirtli içki qəbul etməmişdir. Ö öz izahatında daha sonra göstərmişdir ki, özü İİİ qrup əlil olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa ankoloji xəstəlikdən əziyyət çəkən xəstə atasının da onun himayəsində olduğunu qeyd edərək, bir daha belə hərəkətlərə yol verməyəcəyini və hal-hazırda da zərəçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkən Şəxs Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, 29 iyun 2021-ci il tarixində saat təxminən 17:00 radələrində yaşadığı evdən çıxıb, Qobustan qəsəbəsində yerləşən bərbərxanaya saçını kəsdirmək məqsədilə gedərkən, Qobustan qəsəbəsi, 7-ci massivdə yerləşən “3 Qardaş” mağazasının qarşısında əlində olan kağız pulları külək uçurduğu üçün pulu yerdən götürmək məqsədilə yola daxil olmuş, pulun yanına yaxınlaşan zaman külək yenidən pulu yola tərəf apardığı üçün yolda hərəkətdə olan nəqliyyat vasitələrinə nəzər yetirmədən pulun arxasınca yolun sol hissəsindən sağ hissəsinə doğru yola daxil olmuşdur. Bu zaman yolun sol tərəfindən hərəkətdə olan avtomaşın gəldiyi sürətlə qarşı sol hissəsi ilə onu sağ hissəsindən vurmuş və zərbənin təsirindən avtomaşının alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Elə həmin avtomaşının sürücüsü sonradan adını bildiyi Şəxs avtomaşını saxlayıb, orada olan insanların köməyi ilə yol maşınına əyləşdirib Qobustan qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına aparmışdır. Orada müayinə olunmuş, ilkin tibbi yardım göstərildikdən sonra atası Neman onun yanına gəlmişdir. Daha sonra təkrar müayinə olunmaq məqsədilə Ələt qəsəbəsində yerləşən Dəmir yol xəstəxasına aparılmış, təkrar müayinə olunmuş, yaralarına tibbi sarğı qoyulduqdan sonra öz istəyi ilə evə buraxılmışdır. Hal-hazırda Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 2/18260 nömrəli tibbi müayinə aktından müəyyən olunmuşdur ki, Şəxs sərxoşluq halları aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X10 Təcrübi və X6 rayon şöbəsindən daxil olmuş 08 iyul 2021-ci il tarixli, 410 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs- sol bazunun, sağ saidin, sağ dirsək oynağının arxa səthinin və hər iki diz oynağının sıyrılmış yaraları və sol saidin səthi əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi və onun X13 Xəstəxanasına müraciət etdiyi 29 iyun 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və özünün İİİ qrup əlil olmaqla himayəsində iki azyaşlı övladı və ankoloji xəstə olan atasının olduğunu nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-c maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar