Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1052/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Ağayeva (Əlizadə) Nərmin Şahid qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 18 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan aydın olur ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(009)-1986/2023 saylı, 18 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən yığılmış aliment borcu 1736 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(002)-1986/2023 saylı icra vərəqəsinə əsasən 06 iyun 2023-cü il tarixdən başlayaraq 26 may 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 220 manat sabit pul məbləğində və əlavə olaraq 26 may 2022-ci il təvəllüdlü X2 üç yaşınadək 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcundan 1464 manat ödəniş etmiş, bu günə 1736 manat aliment borcu yığılmışdır. Borclu sonuncu dəfə 17 aprel 2024-cü il tarixdə aliment borcundan 50 manat ödəniş etmişdir. Hal-hazırda borclu tərəfindən aliment borcunun ödənilməsi üçün hər hansı bir təşəbbüs göstərilmədiyindən onun barəsində İXMnin 528.1-ci maddəsi ilə 18 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən tələbkar Ağayeva (Əlizadə) Nərmin Şahid qızı öz izahatında bildirmişdir ki, borclu Şəxs daha əvvəllər də aliment borcunu qısa müddətdə ödəyəcəyini bildirsə də sözünə əməl etməmiş, arada müəyyən ödənişlər etsə də halhazırda 1736 manat aliment borcu yaranmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkar taksi fəaliyyəti ilə məşğul olmaqla kifayət gəlir əldə etsə də aliment borcunu ödəmir. Odur ki, yaranmış aliment borcunun tam şəkildə ödənilməsini, bu baş vermədikdə isə borclunun inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan kifayət qədər müvafiq ödənişlər etmişdir. Sonuncu dəfə 17 aprel 2024-cü il tarixdə aliment borcundan 50 manat ödəniş etmişdir. O hal-hazırda maddi imkanın olmadığını, taksi şirkətində işlədiyini, şərait yaradılcağı təqdirdə isə aprel ayının sonuna kimi 300-400 manat, qalan borcunu isə hər ayın sonunda hissə-hissə ödəyəcəyini bildirərək, həmçinin borclarını ödəməkdən və icra məmurunun çağırışlarından qəsdən yayınmamasını qeyd edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 18 aprel 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu qısa müddətdə ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları və borclu barəsində ilk dəfə tənbeh tədbirinin tətbiq edilməsini, əvvəllər aliment borcundan müəyyən ödənişlər etməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1052/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1052/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver