Məhkəmə qərarları › İş №3(002)-1053/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1053/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1053/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, X5, X1, X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1948-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı protkoldan aydın olur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə qonşusu X10 döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, X7 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, X7 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-ci PB-nin təhqiqatçısı, polis kapitanı X11 xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X2 zərər vrumayan bədən xəsarəti aldığından Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surətinin 10-cu PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X16 bildirmişdir ki, Şəxs tanıyır və onlar qonşudurlar. xx xxxx 2020-ci il tarixdə o, saat 12 radələrində yaşadığı mənzilin qarşısında olan zaman Lidiya ilə aralarında mübahisə yarnış və Lidiya onu öymüşdür. Hazırda o Şəxs şikayətçidir və onu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmidşir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, X10 tanıyır və onlar qonşudurlar. xx xxxx 2020-ci il tarixdə o X16 ilə aralarında mübahisə yaranmışdır. Lakin o Dilşadı vurmamışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, X5, zərəçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 10-ci PB-nin təhqiqatçısı, polis kapitanı X11 xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X3 zərər vurmayan bədən xəsarəti aldığından Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsəd ilə qərarın surətinin 10-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Qaradağ RPİ-nin 10-ci PB-nin təhqiqatçısı, polis kapitanı X11 xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, MTE və PA ETT Birliyinin Qaradağ rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 475 saylı ekspert rəyində qeyd edilmişdir ki, X9 başın sağ təpə nahiyyəsinin qançırı müəyyən edilmişdir, xəsarət bərk küt əşya təsiindən törədilmiş, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X6 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli sayır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar