Məhkəmə qərarları › İş №3(002)-1056/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1056/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1056/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 100 manat məbləğində cərimə olunması barədə məsələyə obyektiv baxılaraq qərar qəbul edilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3, Qaradağ Rayon Məhkəməsinə elektron qaydada ərizə ilə müraciət edərək, barəsində xx xxxx 2020-ci il tarixdə 100 manat məbləğində cərimə olunması barədə məsələyə obyektiv baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bir nüsxədən ibarət olan ərizəni nəzərdən keçirib hesab edir ki, sənədlər natamam olduğundan və məhkəməyə edilmiş xahiş qeyri-müəyyən olduğundan ərizə geri qaytarılmalıdır. Belə ki, Qanunvericiliyə əsasən inzibati xəta haqqında yalnız protokol əsasında qəbul olunmuş qərardan şikayət vermək mümkünlüyü nəzərdə tutulmuşdir. Lakin ərizəyə yuxarıda qeyd olunan məslə ilə bağlı nə protokol, nədə ki, protokol əsasında qəbul edilmiş qərarın surəti əlavə edilmədiyindən və eləcə də, məhkəməyə ünvanlanmış xahiş qeyrimüəyyən formada yazıldığından ərizənin icraata qəbul edilib mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş elektron qaydada ərizə geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı təqdim etməklə həmin qərarın ləğvinə dair müraciətlə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar