Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1057/2021 26.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, X6 Vəkilşah qızının, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7, borclu Şəxs oğlunun barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2517/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli icra vərəqəsi üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2517/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən 20 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs oğlundan 12 iyun 2018-ci il tarixdən başlayaraq, iddiaçı Günəşova Günay Vəkilşah qızının xeyrinə hər ay 165 manat aliment tutulması qət edilmişdir. Ümumilikdə 6270 azn borcu. Borclu dəfələrlə icra və probasiya şöbəsinə dəvət olunaraq borcun ödənilməsi tələb edilsə də, o üç aydan çoxdur ki, heç bir ödəniş etməmişdir. İddiaçı Günəşova Günay Vəkilşah qızı öz izahatında bildirmişdir ki, Şəxs oğlu yaranmış aliment bocunu ödəmir və buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq ediləsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu öz izahatında bildirmişdir ki, 20 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 12 iyun 2018-ci il tarixdən başlayaraq, iddiaçı Günəşova Günay Vəkilşah qızının xeyrinə hər ay hər uşağa görə 165 manat aliment tutulması qət edilmişdir. Əvvəllər aliment borcundan qismən ödənişlər etsə də sonradan işləmədiyi üçün ödəniş edə bilməmiş və hal-hazıradək 6270 manat aliment borcu yaranmışdır. Hazırda da aliment borcundan hər hansı bir miqdarda ödəniş etmək iqtidarında deyildir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs oğlu heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 26 avqust 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən saat 15:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov