Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1058/2021 26.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonu, Alpoud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Alpoud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq dilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş 26.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26.08.2021-ci il tarixdə, saat 10:50-də Səngəçal qəsəbəsi ərazisində yerləşən 719 saylı BDYPİ-nin YPX postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 26 avqust 2021-ci il tarixdə təxminən saat 10:50 radələrində 719 saylı YPX postunda YPX-nin əməkdaşları Kamaz markalı ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi normadan artıq mişar daşı daşıdığına görə müvafiq qaydada işarə verərək nəqliyyat vasitəsi saxlanılmış, nəqliyyat vasitəsini idarə edən şəxsə özünü təqdim etməsini və avtomobilə aid müvafiq sənədləri verməsi tələb olunmuş, lakin buna baxmayaraq sürücü maşından düşməyərək özünü və sənədləri təqdim etməmiş, həmçinin yük daşıma qaydasını pozduğuna görə sürücüdən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən götürüb kənarda müəyyən olunmuş yerə verərk artıq yükün boşaldılmasını tələb edilmiş, yenə də əməkdaşların qanuni tələblərinə əməl etməyərək tələb olunanlara əməl etməmişdir. Sürücü göstərilən qanuni tələblərə tabe olmadığına görə o, raport əsasında 11-ci polis bölməsinə təhvil verilmişdir. Bölmədə müəyyən olmuşdur ki, həmin şəxs xx.xx.1994-cü il təvəllüdlü Şəxsdur. Bundan sonra onun izahatı alınmış və onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 26.08.2021-ci il tarixdə şəhər istiqamətindən Goranboy rayonuna gedən zaman idarə etdiyi Kamaz markalı ** AE *** dövlət qeydiyyat nişanlı yük avtomobili 719 saylı YPX postunda polis əməkdaşları tərəfindən saxlanılaraq maşının yük hissəsində normadan artıq mişar daşı aparması ona irad bildirilmiş, daha sonra mişar daşının boşaldılması tələb edilmişdir. Bundan sonra polis əməkdaşları özünü təqdim etməsini və idarə etdiyi yük avtomaşınına dair sənədləri tələb etmiş, həmin vaxt polis əməkdaşı ilə aralarında anlaşılmazlıq yaranmış, onun qanuni tələbinə tabe olmamışdır. Məhkəmədən əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzür istədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirib, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin rəisi polispolkovnik-leytenantı Yasər İbadova ünvanlanmış 26 avqust 2021-ci il tarixli raportdan görünür ki, 26 avqust 2021-ci il tarixdə təxminən saat 10:50 radələrində alayın rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 719 saylı YPX postunun qarşısında xidmət apararkən rayon istiqamətində hərəkətdə olan Kamaz markalı ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi normadan artıq mişar daşı daşıdığına görə müvafiq qaydada işarə verərək nəqliyyat vasitəsi saxlanılmış, nəqliyyat vasitəsini idarə edən Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq yenidən yük daşıma qaydasını pozduğuna görə sürücüdən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən götürüb hərəkət hissəsindən kənarda müəyyən olunmuş yerə verərk artıq yükün boşaldılmasını tələb etdikdə polisin qanuni tələbinə tabe olmayaraq n/v-ni yolun hərəkət hissəsində saxlayaraq ictimai asayişi pozmuş və yolu bağlamışdır. Dəfələrlə ona n/v-ni götürməsini və artıq yükünün boşaldılmasını tələb etdikdə polisin qanuni tələbinə əməl etməmiş və daşıdığı yükün artıq hissəsini boşaltmaqdan imtina etmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Sürücü intizama dəvət edilsə də polisə müqavimət göstərdiyinə görə o,11-ci polis bölməsinə təhvil verilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan “X4 haqqında“ protokoldan görünür ki, Şəxs 26 avqust 2021ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 26 avqust 2021-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 26.08.2021-ci il tarixdə, saat 10:50-də Səngəçal qəsəbəsi ərazisində yerləşən 719 saylı BDYPİ-nin YPX postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1058/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1058/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver