Məhkəmə qərarları › İş №3(002)-1059/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1059/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1059/2021 27.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X1, DİN-in BDYP-nin YPXA-nın altıncı taqımının inspektorları X2 və X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1996-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonu, Hacıqasımlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 27 avqust 2021-ci il tarixdə saat 00:40 radələrində Qaradağ rayonu ərazisində yerləşən 719 saylı Polis Postunda polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 27 avqust 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 00:40 radələrində Şəxs 719 saylı Qaradağ Postunda polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Buna görə də onun barəsində tərəfindən 27 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYP-nin YPXA-nın altıncı taqımının inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, sürücü Şəxs idarə etdiyi **-BX-*** dövlət nömrə nişanlı, “Şaqman” markalı avtomaşını ilə İmişli rayonu ərazisindən çınqıl karxanalarından Bakı şəhərinə çınqıl materialı daşımaqla məşğul olur. O idarə etdiyi avtomobillə 27 avqust 2021-ci il tarixdə saat 04:03 radələrində ağır tonnajla yük daşımaqla yol hərəkəti qaydalarının pozulmasına görə **-XP-*** patrul avtomobilində xidmət aparan inspektorların saxlama işarəsinə əməl etməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, sürücü Şəxs bundan əvvəl də yəni 25 avqust 2021-ci il tarixdə də 719 saylı postda yol patrul xidməti inspektorunun qanuni tələbinə tabe olmayaraq avtomaşını sürüb getmiş və ona saxlama işarəsi verilərkən bilərəkdən avtomaşını sağasola hərkət etdirməklə qəza şəraiti yaratmış və avtomaşını saxlamamışdır. Buna görə də Şəxs barəsində 27 avqust 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYP-nin YPXA-nın altıncı taqımının inspektoru X6 öz izahatında X2 göstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, 27 avqust 2021-ci il tarixdə təxminən gecə saat 00:30 Saatlı rayonundan Bakı şəhəri istiqamətində yük aparırmış. Qaradağ postuna çatarkən YPX-nın əməkdaşları saxla işarəsini vermiş lakin o avtomaşını saxlamadan sürmüşdür. Həmin tarixdə səhər saat 7-8 radələrində təkrar üzü Saatlı istiqamətində hərəkətdə olarkən yenə də YPX əməkdaşlarının saxla işarəsinə əhəmiyyət verməmiş və buna görə də aralarında mübahisə yaranmışdır. O, öz izahatında daha sonra İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə” ölkə prezidenti tərəfindən medalla təltif edildiyini, hazırda törətdiyi əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəciyini bildirmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs avtomobil idarə edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq özünü və müvafiq sənədləri polisə təqdim etməkdən imtina etmiş, təxminən yarım saat müddətində polis əməkdaşlarının iş rejimini pozaraq nizam-intizama riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və vətənə xidmətlərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutulma haqqında” protokoldan aydın olur ki, Şəxs 27 avqust 2021-ci il tarixdə 08:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, İXM-nin 31.4-1-ci maddəsinə əsasən həmin hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci madəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar