Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1061/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 499.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, XGP söbəsindən daxil olmus 34/012/018030 savlı xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki. həmin raportda qevd edilən Bakı səhəri. Xətai ravonu. Nobel pr. Ev2231/2232-ci məhəllə ünvanmda verləsən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCtərəfindən 1 ədəd toxalavıcı və volbasan masınlarfVibrasialı (HAMM CYLİNDER) model:3516,mühərrik 11378870, zavod H1762032, itehsal ölkəsi Almaniva) vükü **********4645 saylıxx.xx.2017-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələri əsasında xx.xx.2020-ci iltarixinədək müvəqqəti ixrac qömrük prosedurunda rəsmiləsdirilmisdir. Lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmavaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 1 ədəd toxalavıcı və volbasan masınlar(Vibrasialı (HAMMCYLİNDER) model:3516. mühərrik 11378870, zavod H1762032, itehsal ölkəsi Almaniva) vükününmüvəqqəti ixrac müddəti bitməmis Azərbavcan Respublikasının qömrük ərazisinə qavtarılmarms vəvaxud diqər qömrük proseduru ilə rəsmiləsdirilməmisdir. Arasdırma zamanı məlum olmusdur ki, 1 ədəd toxalavıcı və volbasan masınlar(Vibrasialı(HAMM CYLİNDER) model:3516, mühərrik 11378870, zavod H1762032, itehsal ölkəsi Almaniva)vükünün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində bitmis, bitdikdən 2 av 28 qün sonraxx.xx.2020-ci il tarixdə **********5247 sorqu nömrəli qömrük bəvannaməsi ilə ixrac qömrükprosedurunda rəsmiləsdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcələənin 499.1.3-cü maddəsinin tələbindən aydın olur ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə müvəqqəti saxlanc müddətinin uzadılmasına dair Bakı Baş Gömrük İdarəsinə vaxtında müraciət etməmişdir. Göründüyü kimi “Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində deyil, hüquqi şəxsin öz ünvanında baş vermişdir. Bundan başqa iş materiallarına Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayon ərazisində yerləşməsinə dair heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 499.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1061/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1061/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver