Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1064/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1960-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-1367/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli və 2(002)-386/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1367/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən xx xxxxx 1960cı ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs “xxxxxxx” KB ASC-nin xeyrinə əsas borc üzrə 1948.50 ABŞ dolları, faiz borcu üzrə 83.91 ABŞ dolları, cərimə üzrə 0.34 ABŞ dolları, cəmi 2032.75 ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)-386/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək iddiaçı “xxxxxxxxxxxxx” MMC ilə cavabdeh Şəxs arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AL-00230 saylı X4 ləğv edilmiş həmin müqaviləyə əsasən xx xxxxxx 2016-ci il tarixinə yaranmış 10472.96 manat əsas borc, 2301.78 manat mükafat borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 12974.74 manat borcun və 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı “xxxxxxxxxxx” MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bu günədək heç bir ödəniş etməmişdir. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Qaradağ rayon məhkəməsinin 2(002)-1367/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən ondan “xxxxxxx” KB ASC-nin xeyrinə əsas borc üzrə 1948.50 ABŞ dolları, faiz borcu üzrə 83.91 ABŞ dolları, cərimə üzrə 0.34 ABŞ dolları, cəmi 2031.75 ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir.Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)- 386/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək iddiaçı “xxxxxxxxxxxxx” MMC ilə onun arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AL-00230 saylı X4 ləğv edilmiş həmin müqaviləyə əsasən xx xxxxxx 2016-ci il tarixinə yaranmış 10472.96 manat əsas borc, 2301.78 manat mükafat borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 12974.74 manat borcun və 30 manat dövlət rüsumu ondan tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda işsiz olduğundan və başqa hər-hansı bir gəlirə malik olmadığından borcundan ödəniş edə bilməmişdir. Lakin bunlara baxmayaraq o ödəniş etməkdən qəsdən boyun qaçırtmır. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və borcunu ödəməkdən qəsdən boyun qaçırtmadığını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Şəxs adında “Naz” minik markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil olsa da yaranmış borcun həmin avtomobilə yönəldilməsinə dair iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1064/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1064/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver