Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1066/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdart qəsəbəsi, T.Məmmədov küçəsi, bina 21/7, otaq 9 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-1346/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1346/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 cavabdeh Şəxs qarşı borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdeh Şəxs 4400 manat məbləğində pul tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bu günə kimi borclu heç bir ödənişlər etməmişdir. Hazırda isə borclu tələbkara olan borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sona göstərmişdir ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilsə də, onda olan məlumata görə apellyasi şikyaəti təmin edilməmişdir. Lakin bu barədə onda heç bir rəsmi məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil, belə ki, o, həmin məhkəmə qətnmasindən apellyasiya şikayəti vermiş və hazırda həmin material Apellyasiya Məhkəməsinin icraatındadır və apellyasinın nəticəsi barədə onda heç bir məlumat yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətəndə Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(002)-1346/2019 saylı qətnaməsindən cavabdeh Şəxs tərəfindən apellyasiya şikayəti vermiş və mülki iş xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin təqdim edilmiş icra işində Apellyasiya Məhkəməsinin bu barədə yekun məhkəmə aktının qəbul edilib-edilməməsinə heç bir sübut aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1066/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1066/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver