Məhkəmə qərarları › İş №3(002)-1067/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1067/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1067/2020 11.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 482.1-ci və 505-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 505-ci maddələri ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) xx xxxx 2020-ci il tarixdə saat 03:29-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, Rusiya Federasiyasında fəaliyyət göstərən “Viktoriya” şirkətindən 1 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99HX876 nömrə nişanlı yük avtomobilində göndərilmiş malları xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3212 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında yerləşdirmək məqsədi ilə bəyan edərkən 24-cü mal mövqeyində 39 ədəd “İqos” markaiı elektron siqaret, 47-ci il mal mövqeyində “Bentley” markalı uşaqlar üçün metal karkaslı kolyaska-velosipedin dəyərini faktiki dəyərdən aşağı göstərməklə bu iki mala görə 1687,80 manat gömrük ödənişlərinirı ödənilməsindən yayınmış, faktiki olaraq yük avtomobilində olsa da, Gömrük bəyannaməsi və mal müşaiyət sənədlərində qeyd olunmayan 1 ədəd 300 manat dəyərində “X2” markalı qəlyan, bir ədədi 590 manat olmaqla ümumi dəyəri 1180 manat təşkil edən 2 ədəd “Maklaud Skytech” markalı qəlyan, bir ədədi 185 manat olmaqla ümumi dəyəri 2775 manat təşkil edən 15 ədəd “Maklaud Dren F/Buddha” markalı qəlyan, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 150 manat təşkil edən 6 ədəd “Maklaud” markalı şlanq və birləşmələrdən ibarət qəlyan hissəsi, bir ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 720 manat təşkil edən 12 ədəd şüşə materialdan ağ-qırmızı rəngli qəlyan üçün kolba, 1 ədəd 18 manat dəyərində “Maklaud” markalı ayı fiqurlu həlqəsi olan aliminium materialdan qəlyan müştüyü, 1 ədəd 18 manat dəyərində “Maklaud” markalı qafatası fiqurlu müştük başlığı, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 4 ədəd “Maklaud” markalı vilkalar, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat təşkil edən 3 ədəd “Maklaud” markalı maşa, birədədinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 640 manat iəşkil edən 40 ədəd “JUUL” markalı elektron siqaret, “Artlayf şirkətinin istehsalı olan: bir ədədinin jəyəri 25 manat olmaqla ümumi dəyəri 125 manat təşkil edən 5 ədəd “Novoraqin” markalı. Bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Persifan markalı, bir ədədinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 300 manat təşkil edən 10 ədəd “Avirol” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 5 ədəd “Superşild markalı,bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 175 manat təşkil edən 7 ədəd “Memoriarays” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Fitosorbovit” markalı, bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 175 manat təşkil edən 7 ədəd “Kalsimaks” markalı, bir ədədinin 34 manat olmaqla ümumi dəyəri 340 manat təşkil edən 10 ədəd “Ateresterol” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manat təşkil edən 10 ədəd “Multimeqan” markalı, bir ədədinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 150 manat təşkil edən 10 ədəd “Formula jenşina” markalı, bir ədədinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 135 manattəşkil edən 9 ədəd “Formula mujşina” markalı, birədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 200 manattəşkil edən 10 ədəd “Çetrarin” markalı, birədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 400 manat təşkil edən 20 ədəd “Triobalan” markalı, bir ədədinin dəyəri 23 manat olmaqla ümumi dəyəri 184 manat təşkil edən 8 ədəd “İvlaksin” markalı, bir ədədinin dəyəri 44 manat olmaqla ümumi dəyəri 220 manat təşkil edən 5 ədəd “Dimprost” markalı, bir ədədinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən 5 ədəd “Kalsifayter” markalı, bir ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat təşkil edən 2 qutu “Mega Pro” markalı qida əlavələrindən ibarət ümumilikdə az miqdarda, 9360 manat dəyərindəki malları bəyan etməmiş, xx xxxx 2020-ci il tarixdə saat 12:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda malları daşıyan yük avtomobili yoxlanıldıqda qeyd olunan mallar aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 505-ci maddəsində göstərilir ki, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir Həmin Məcəllənin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə gömrük sərhədindən keçirilən malları və ya nəqliyyat vasitələrini bəyan etməmiş eyni anda gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində deyil, hüquqi şəxsin yerləşdiyi ünvanında baş vermişdir.Bundan başqa iş materiallarına Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayon ərazisində yerləşməsinə dair heç bir sübut da əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 482.1-ci və 505-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar