Məhkəmə qərarları › İş №3(002)-107/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-107/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-107/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokuroru Zəfər Əhmədov tərəfindən qəbul edilmiş qərar baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiik QSC X6 Donanmasının “Şirvan-3” krangəmisinə kranmeyster vəzifəsində işləyən 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 14 sentyabr 2020-ci il tarixdə kranın içərisində yerləşən dəmir nərdivandan düşən zaman sol əli anidən dəmir nərdivanın əl tutan hissəsindən çıxmiş və zərblə dəmir nərdivana dəyməsi nəticəsində xəsarət almışdır. Bakı şəhəri Qaradağ rayon prokurorluğunda, faktla bağlı, DİN-nin Nəqliyyatda Baş Polis idarəsi X2 İdarəsi Bakı Beynalxalq Dəniz Ticarəti Limanında X3 daxil olmuş material əsasında rayon prokurorluğunun müstəntiqi Emin Seyidov tərəfindən Azərbaycan Respublikası CPM-nin 207-ci maddəsinə əsasən araşdırma aparılmışdır. Həmin material əsasında rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 tərəfindən araşdırma aparılmış araşdırma zamanı toplanmış materialda hər-hansı şəxsin əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilərək qərarın surəti maraqlı tərəflərə göndərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19.09.2020-ci il tarixli 655 nömrəli rəyinə əsasən 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol bazunun əzilmiş yarası və qançırı müəyyən edilmişdir Xəarətlər bərk küt əşya( əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən 14.09.2020-ci il tarixdə törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 23.10.2020-ci il tarixli 10/2963 nömrəli rəyinin nəticəsinə görə “Şirvan-3" kran gəmisinin kran kabinasına qalxmaq üçün nəzərdə tutulmuş pilləkən və meydançalarm bəzi kənarları iti və çıxıntılı olmasının qarşısının alınması üçün müvafiq texniki xidmətlər (təmirlər və s.) keçirilməklə, adamların (konkret olaraq zərərçəkmiş kranmeysteri Zərərçəkmiş şəxs) həmin pilləkənlərlə düşməsinin təhlükəsiz olmasını təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Dəniz donanmasının gəmilərində təhlükəsizlik texnikası qaydalan»nm 1.5.1 bəndinin və “Azərbaycan Respublikasının Dəniz nəqliyyatı gəmilərində xidmət nizamnaməsi”nin 146 bəndinin tələbləri pozulmuşdur. İkinci, üçüncü, dördüncü və beşinci suallar üzrə ekspertizaya təqdim edilmiş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, “Şirvan-3” kran gəmisinin kran kabinasma qalxmaq üçün nəzərdə tutlumuş pilləkən və meydiançalarm bəzi kənarları iti və çıxıntılı olmasının qarşısının alınması üçün müvafiq texniki xidmətlər (təmirlər və s.) keçirilməklə, adamların (konkret olaraq zərərçəkmiş kranmeysteri Zərərçəkmiş şəxs) həmin pilləkənlərlə düşməsinin təhlükəsiz olmasını təmin edilmədiyinə görə, «Dəniz donanmasının gəmilərində təhlükəsizlik texnikası qaydaları»nm 1.5,1 bəndinin və “Azərbaycan Respublikasının Dəniz nəqliyyatı gəmilərində xidmət nizamnaməsi”nin 146 bəndinin tələbləri “Şirvan-3" kran gəmisinin böyük (baş) mexaniki Şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim edilmiş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini, yəni “Şirvan-3” kran gəmisinin kran kabinasma qalxmaq üçün nəzərdə tutulmuş pilləkən və meydançaların bəzi kənarları iti və çıxıntılı olmasını və zərərçəkmiş kranmeysteri Zərərçəkmiş şəxs ilə əməyin mühafizəsi və təlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılması barədə ekspertizaya təqdim edilmiş materiallarda belə bir sənədin olmadığını nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar onun tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Qaradaağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qəbul olunmuş qərara etiraz etdiyini qeyd edib izahatında göstərmişdir ki, o, 1989-cu il tarixdən Azərbaycan X4 QSC-də müxtəlif vəzifələrdə işləmiş, 2006-cı il tarixdən hal-hazıradək isə Azərbaycan X4 QSC-nin X6 Donanmasına aid Şirvan- 3 krangəmisində böyük mexanik vəzifəsində işləyir. Böyük mexanik olaraq vəzifəsi gəmidə mexanizmlərin qüsursuz və saz işləməsinə nəzarət etmək olmuşdur. O, X6 Donanmasına aid “Şirvan-3”krangəmisinin böyük mexanik vəzifəsində çalışır. Şirvan-3 kran gəmisinin kapitanı Gülağa Kazımov, baş köməkçisi Sübhan Zəkəriyəyev, kapitanın ikinci köməkçisi Vüqar Cəfərov, üçüncü köməkçisi Xəqani Quliyev, bosman Zamin Həsənov, matroslar Mehdi, Famil, İlham, mexaniklər Çoşqun, Valeh, kranmeyster Zərərçəkmiş şəxs, eketromexanik Zahid, matorçu Natiq, Tamerlan, bir aş-baz və bir mətbəxçi işləyir. Zərərçəkmiş şəxs təxminən 8 il müddətdir ki, tanıdığını, Zərərçəkmiş şəxs “Şirvan-3” kran gəmisində kranmeyster vəzifəsində çalışdığını, “Şirvan-3” krangəmisi X6 Donanmasında sifarişçinin müqaviləsinə əsasən dispetçerin göstərişi ilə “Socar’hn işlərini təmin etdiklərini bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə “Şirvan-3” krangəmisində işləri görüb yekunlaşdırdıqdan sonra gəminin baş mühərrikinə hazırlıq komandası verilmiş, mexaniklə birlikdə mühərrikləri hazırlamış, idarə etməni kapitan körpüsünə verdikdən sonra yaşayış göyərtəsinə getmişdir. Yuxarı qalxan zaman kapitanın baş köməkçisi Sübhanı görmüş, Sübhan kranmeyster vəzifəsində işləyən Zərərçəkmiş şəxs kranın idarəetmə kabinasmdan dəmir nərdivanla aşağı düşmək istəyərkən əli sürüşmüş və özünü saxlamaq üçün sol qoltuğunu nərdivana saldıqda sol qolundan xəsarət aldığını bildirmişdir. Bundan sonra dərhal Zərərçəkmiş şəxs yanına getmiş və Zərərçəkmiş şəxs ilkin tibbi yardım olunduğunu görmüşdür. Sonra onlar Zərərçəkmiş şəxs sərnişin gəmisi olan psk 51-ə keçirilməsinə köməklik etmişlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, quşçuluq massivi, özbaşına tikilidə yaşayır. 2008 -ci il tarixdən hal-hazıradək X4” QSC-nin X6 Donanmasında krançı vəzifəsində işləyir. İş qrafikinə uyğun olaraq iş saatı 08:00-dan 17:00-dəkdir. X6 Donanmasında krançı olaraq vəzifəsi digər gəmilərdən və platformalardan yük götürüb-boşaltmaqdan ibarət olmuşdur. X6 Donanmasına məxsus Şirvan-3 kran gəmisini gəmi kapitanı Gülağa Kazımov, kapitanın köməkçiləri Sübhan, Vüqar və Xəqani adlı şəxslərdi, gəmidə 3 matros, iki elektrik, üç matorist işləyir. Şirvan-3 kran gəmisi iki hissədən ibarətdir, göyərti hissə və maşın şöbəsi. 14 sentyabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində işlədiyi kran gəmisində sanqaçal estakadasmdan iki ədəd konteyner götürüb işlədiyi gəminin göyərtəsinə qoymuş, sonra işini yekunlaşdırdıqdan sonra kranın içərisində yerləşən dəmir nərdivandan düşən zaman sol əli anidən dəmir nərdivanın əl tutan hissəsindən çıxmiş və zərblə dəmir nərdivana dəymişdir. Həmin vaxt sol qolunun qoltuqaltı hissəsindən xəsarət almış və kranın nərdivanından düşüb gəminin göyərtəsinə yaxınlaşmışdır. Orada olan iş yoldaşlarının köməkliyi ilə kiçik gəmiyə mindirib Qaradağ rayonu, sahil limanına aparmışlar. Sahin limanından tibb maşını ilə onu modern hospitalına aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Qaradağ rayon prokurorluğu nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Qaradağ rayon prokurorluğunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, Bakı şəhəri Qaradağ rayon prokuroru Zəfər Əhmədov tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, İXM-nin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253- 1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538- 1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2-ci maddəsnə əsasən protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.4-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda həmin qərarın hansı tarixdə qəbul edildiyi göstərilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda onun qəbul edildiyi tarix göstərilməlidir. Həmçinin Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi göstərilsə də, səlahiyyətli orqan tərəfindən həmin qərar məhkəməyə daxil olmuş iş materiallarına əlavə edilməmişdir. Bu hal da inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın natamamlığı kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, həmin hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ehtimal olunan Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş material natamam olduğundan, qərar və ona əlavə olunmuş material onu qəbul etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. İX-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ehtimal olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokuroru Zəfər Əhmədov tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ rayon prokurorluğuna geri qaytarılsın. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar