Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1070/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 24 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-662/2020 saylı, xx.xx.2020ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-662/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin və uşaq üç yaşına çatanadək əlavə olaraq 50 manat pulun tutularaq iddiaçı X4 qeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi xx xxxx 2020-ci il tarixdə icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bu günki günədək ümumilkdə cəmi bir dəfə 300 manat ödəniş etmiş və hazırda onun ödənilməmiş 1240 manat aliment borcu yaranmışdır. Borclu dəfələrlə icra və probaisya şbəsinə dəvət olunaraq borcun ödənilməsi tələb edilsə də, o heç bir üzrlü səbəb göstərmədən borcunu ödəməkdən imtina etmişdir. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-662/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək əlavə 50 manat pulun tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Borclu bu günədək ümumilikdə cəmi bir dəfə 300 manat aliment ödənişləri etmişdir. Bundan sonra borcludan dəfəlrə alimentin ödənilməsini xahiş etsə də borclu alimenti ödəməmişdir. Hal-hazırda borclunun ona 1240 manat aliment borcu ödənilməmiş qalmış və həmin borcun tam ödənilməsini xahiş etmişdir. Belə ki, özü də heç bir yerdə işləmir və uşağıda xəstədir. Borclu Şəxs pna olan aliment borcunu ödəmədiyi təqdirdə barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, məhkəmə qətnaməsindən və icra vərəqəsindən xəbəri vardır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-662/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək əlavə 50 manat pulun tutularaq iddiaçı X4 qeyrinə ödənilməsi qət edilmişdir. Bu günədək o, ümumlikdə 300 manat aliment ödənişi etmişdir. 2020-ci ilin mart ayından “xüsusi karantin rejimi” tətbiq edildiyindən o heç bir yerdə işləmədiyindən aliment borcu yaranmış və borcu ödəyə bilməmişdir. Hal-hazırda heç bir yerdə işləmir və hər-hansı bir qazanc yeridə yoxdur. Ona vaxt veriləcəyi təqdirdə aliment borcundan hissə-hissə ödənişlər edə bilər. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlildə gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları və eləcə də borclunun maddi durumunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 12:35-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov