Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1073/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X4, 10 saylı Vəkil bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1995-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 A, mənzil 23.24 saylı ünvanında yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 1, mənzil 23 ünvanında yaşayan Şəxs narkotik vasitənin istifadəçisi olub-olmamasının yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzinə aparılmış və orada yoxlanılmışdır. Həmin mərkəzdən alınmış xx xxxxxx 2020-ci il tarixli 1/4081 saylı prokoldan məlum olmuşdur ki, müayinə zamanı Şəxs OPİ(Opioid) istifadə etdiyi aşkar edilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Əli Məmmədov tərəfindən xx xxxxxx 2020ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7 daha sonra bildirmişdir ki, bundan sonra xx xxxxxxxx 2020-ci ildə Şəxs barəsində İXM-nin 206-ci maddəsinə əsasən inzibati protokl tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs əvvəllərdə İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, o, əvvəllər də bir neçə dəfə narkotik vasitə qəbul etmiş, o, narkoloji dispanserdə müəayinədən keçirilmiş və onda narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onun barəsində xx xxxxxxxx 2020-ci ildə inzibati protokol tərtib edilmişdir. Əməlindən peşiman olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 2301 saylı rəyindən aydın olur ki, Şəxs tiryək alkoloidlərini tərtkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş MN ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 206-ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Əli Məmmədov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından aydın olur ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37,55,115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
1. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin.
2. Həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il saat 14:25-dən hesablansın və həbsin sonu xx xxxxxxx 2020-ci il saat 14:25-ə müəyyən edilsin.
3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin.
4. X6 narkomaniyadan məcburi mualicəyə cəlb edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.
5. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkizi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün.
6. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov