Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1076/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli və 21 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərarlardan şikayət vermə müddətinin bərpasına dair X2 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Həmçinin 21 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. 23 may 2023-cü il tarixdə X2 şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona yazılan cərimələr yerindəcə bildirilməmiş və daha sonra bunlarla bağlı ona rəsmi bildiriş verilməmişdir. Buna görə də, onun yazılan cərimələrdən xəbəri olmamış və vaxtında şikayət verə bilməmişdir. Göstərilənlərə əsasən barəsində tətbiq edilən cərimələrin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, barəsində tətbiq edilən cərimədən xəbəri olmamışdır. Onun ünvanına heç bir bildiriş göndərilməmişdir. Asan xidmətə getdikdə barəsində cərimə tətbiq edildiyini bilmişdir. Qərarı may ayının 4-də Qaradağ RPİ-dən almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Qaradağ RPİ-nin 38-ci PB-nə məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatətə Bakı şəhər Qaradağ RPİ-nin 38-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, buraxılmış şikayət vermə müddətinin bərpasına dair ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 21 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, X2 18 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli və 21 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərarların ona 04 may 2023-cü il tarixdə təqdim edilməsinə dair heç bir sübut, həmçinin şikayət vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini təsdiq edən digər hansısa sübut məhkəməyə təqdim etmədiyindən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli və vəsatət rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli və 21 iyun 2021-ci il tarixli, EPQ ******* nömrəli qərarlardan şikayət vermə müddətin bərpası qeyri-mümkün hesab edilsin və X2 tərəfindən verilmiş vəsatət rədd edilsin. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1076/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1076/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver