Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1077/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 29 dekabr 2022ci il tarixli EQ 12632147 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X2 şikayətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 29 dekabr 2022-ci il tarixli EQ 12632147 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, həmin nəqliyyat vasitəsini idarə etmir, ümumiyyətlə onun istifadəsində və mülkiyyətində “Toyota Prado” markalı avtomobil yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 3(004)- 2639/2023 saylı qərardadına əsasən X1 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət aidiyyatı üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 29 dekabr 2022-ci il tarixli EQ 12632147 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 29 dekabr 2022-ci il tarixdə, saat 11:16 radələrində idarə etdiyi “Toyota Prado” minik markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, “Binə” TM-nin qarşısında nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuş və buna görə də 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunverilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 29 dekabr 2022-ci il tarixli EQ 12632147 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 29 dekabr 2022-ci il tarixdə, saat 11:16 radələrində idarə etdiyi “Toyota Prado” minik markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, “Binə” TM-nin qarşısında nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozmağa görə pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuş və buna görə də 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 “Toyota Prado” minik markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnaməsinin müddəti 05 noyabr 2022-ci il tarixdən başlayır və 01 avqust 2027-ci il tarixdə bitir. Yəni, hadisə baş verərkən həmin avtomobil etibarnamə əsasında onun istifadəsində olmuşdur. Məhkəmə baxışı zaman şikayətçi X2 məhkəmə iclasında iştirak etməyərək öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 29 dekabr 2022-ci il tarixli EQ 12632147 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1077/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1077/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver