Məhkəmə qərarları › İş №3(002)-1079/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1079/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1079/2023 23.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Həbiyev X6 rayon Məhkəməsininnin 2(022)-72/2023 saylı, 31 yanvar 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X12 protokolu müdafiə edərək bildirmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 2(022)-72/2023 saylı, 31 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən, 26 iyul 2014-cü il tarixdə anadan olmuş X8 və 24 oktyabr 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs alınıb X9 verilməsi, alimentin tutulmasının 22 sentyabr 2022-ci il tarixdən başlayaraq 26 iyul 2014-cü il tarixdə anadan olmuş X8 və 24 oktyabr 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 09 mart 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən indiyədək 480 manat aliment borcu ödənilsə də 1440 manat aliment borcu qalmışdır. Bundan başqa borclu tələbkarın qardaşının kart hesabına 600 manat ödəniş etdiyini qeyd etsə də o həmin məbləği aliment borcundan çıxmamışdır. Bu gün yəni məhkəmə prosesində borclu tərəfindən daha 300 manat aliment borcundan ödənişlər edilmiş və tələbkara 1140 manat məbləğində aliment borcu qalmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 23 may 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar X10 məlumat verilsə də tələbkar yol uzaq olduğu səbəbindən məhkəməyə gələ bilməyəcəyini göstərmişdir və yaranmış aliment borcunun ödənillməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan müvafiq ödənişlər etmişdir. Hal-hazırda işsizdir. “Hepatit-B” xəstəsi olduğu üçün bir çox iş yerləri onu işə götürməkdən imtina edir. Buna görə də aliment borcunu tam ödəyə bilməmiş və hal-hazıradək 1440 manat aliment borcu qalmışdır. Məhkəmə iclasının gedişində 300 manat ödəniş etmişdir. Bundan başqa borclunun qardaşının kart hesabına iki dəfə 300 manat olmaqla 600 manat ödəniş etsə də nə icra məmuru, nə də tələbkar bunu aliment borcuna hesablamamışdır. Lakin həmin pul məbləğini məhz aliment borcundan çıxılması üçün keçmiş arvadının qardaşı X2 hesabına göndərmişdir. Hal-hazıradək yerdə qalan 1140 manat aliment borcunu isə qısa bir zamanda ödəyəcəyini bildirərək, həmçinin heç bir gəliri və qazancının olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu hazırki məhkəmə gedişatında isə tələbkarın hesabına 300 manat ödəniş etmiş, və qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin23 may 2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən aydın olur ki, X1 Günəş Fərhad qızının hesabına 300 manat ödəniş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar