Məhkəmə qərarları › İş №3(002)-1080/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1080/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1080/2023 16.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallar və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “X1 Ware Technology CO. LTD.” şirkətindən 42226506 nömrəli vaqonun üzərində olan GESU ******* nömrəli konteynerdə ALM-225 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1311 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında yerləşən “Abşeron” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı **********1311 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 24-cü mal mövqeyində 228 ədəd “kran zapçastı” yükü bəyan edildiyi halda, faktiki olaraq üzərində '‘HuaDiao’’ markalanma göstəricisi olan '‘HD49008’’ 120 ədəd, “HD-49009-10” 60 ədəd, “HD49008-10” 24 ədəd, “HD49003-10” 24 ədəd olmaqla cəmi 228 ədəd su kranı, həmçinin, **********1311 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 25ci mal mövqeyində 348 ədəd “su kranı" bəyan edildiyi halda, faktiki olaraq 420 ədəd, yəni üzərində “HuaDiao” markalanma göstəricisi olan “HD48007” 36 ədəd, “HD49007” 36 ədəd olmaqla cəmi 72 ədəd artıq su kranı yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/004313 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsəsən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3113 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 5280,00 (beş min iki yüz səksən) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən üzərində "HuaDiao” markalanma göstəricisi olan “HD49908" 120 ədəd, “HD-49009-10” 60 ədəd, “HD49008-10" 24 ədəd, “HD49003-10” 24 ədəd, "HD48007” 36 ədəd, “HD49007” 36 ədəd su kranı yükünün ümumilikdə orta bazar qiyməti 5280,00 (beş min iki yüz səksən) manat təşkil edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malları düzgün bəyan etməmiş, yəni gömrük bəyannaməsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, mallar barədə düzgün olmayan məlumatları göstərmişdir, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsilə düzgün tövsif edilmişdir və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, malların dəyərinin, yəni 5280 (beş min iki yüz səksən) manat məbləğin 30 (otuz) faizi miqdarında, yəni 1584 (min beş yüz səksən dörd) manat miqdarda cərimə edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən – 100 (yüz) manat Şəxs MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar