Məhkəmə qərarları › İş №3(002)-1080/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1080/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1080/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 28 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 28 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən 28 noyabr 2024-cü il tarixli MN ******* saylı qərar qəbul edilərək o, İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyi qeyd edilməklə 3000 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinun Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarda qeyd edilir ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Qəbul edilmiş qərarla razı deyil və ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinun Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən 28 noyabr 2024-cü il tarixli MN ******* saylı qərar qəbul edilərək o, İXM-nin 192.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyi qeyd edilməklə 3000 manat məbləğində cərimə edilmişdir. Habelə bildirmişdir ki, o, hüquqi şəxs deyildir və onun adına heç bir müəssisə və təşkilat qeydiyyatdan keçməmişdir. Mülkiyyətində heç bir əmlak yoxdur, fiziki şəxs kimi fəaliyyət göstərməyib. Belə ki, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində fiziki şəxs kimi “KeraminMarazzi” adlı mağazada kafel-metlax satışını həyata keçirir. Eyni zamanda X1, o, işçi kimi işlətməyib və onun işçi qəbul etməyə heç bir səlahiyyəti olmayıb. Həmin şəxs onun yaxın qohumu olmuş və kömək məqsədi ilə ona yardım edirmiş. Onun hansı əsasla görə vəzifəli şəxs kimi cərimə edildiyi aydın deyildir və qanunsuzdur. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Bakı Şəhər İdarəsi işin baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiala Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan vergi məlumatlarından görünür ki, X4 adına ********** saylı VÖEN mövcuddur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında X3 şikayət ərizəsində qeyd etdiyi halların işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilmişdir. X5 şikayət ərizəsində vəzifəli şəxs olmadığını qeyd etsə də, iş materiallarında olan vergi məlumatlarından görünür ki, onun adına ********** saylı VÖEN mövcuddur. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-ni Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 28 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar