Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1082/2023 05.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01234/23 nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.3 və 492.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100-01234/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən gömrük orqanının razılığı və icazəsi olmadan nəzarəti altında saxlandığı malların daşındığı H314KA05/AM316605 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tətbiq edilmiş eyniləşdirmə vasitələri çıxarılaraq qəsdən məhv edilmiş və gömrük orqanının icazəsi olmadan malların özbaşına boşaldılmasını həyata keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatətlər daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs hüquqi ünvanı ünvan 1n Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (24 may 2023-cü il tarixli reyestrin 17-ci sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Şəxs ünvanına göndərilmiş bildiriş 27 may 2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Belə ki, iş materiallarında olan 04 may 2023-cü il tarixli aktdan görünür ki, Şəxs Şübani yolu 1c ünvanında yerləşən anbarına baxış keçirilmiş və baxış zamanı Rusiya Federasiyasından Azərbaycan Respublikasına H314KA05/AM316605 nömrə nişanlı nəqliyyat vasitəsində gələn, **********2552 və **********4910 nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yük gömrük rəsmiləşdirilməsi bitmədən, gömrük təminatının qırılaraq malın boşaldılması aşkar edilmişdir. Gömrük Xidmətinin Vahid X1 portal çıxarışından görünür ki, H314KA05/AM316605 qeydiyyat nişanlı avtomobilində “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququna malik xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs Şəxs ünvanına göndərilmiş yüklər 25 aprel 2023-cü il tarixdə saat 21:18-də “Samur” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən yük avtomobilinin yarımqoşqusuna “006.1” nömrəli gömrük təminatı qoyulmuş və malların boşaldılması ilə əlaqədar heç bir qeyd aparılmamışdır. **********2552 və **********4910 sorğu nömrəli Gömrük bəyannamələrindən görünür ki, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququna malik xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasındakı filialına H314KA05/AM316605 qeydiyyat nişanlı avtomobili ilə göndərilmiş yüklərin boşaldılma yeri Bakı şəhəri, Nərimanov rayonu, Orucaliyev küçəsi ev 70-72 qeyd olunmuşdur. İş materiallarında olan 11 may 2023-cü il tarixli, 00100-01234/23 nömrəli protokoldan görünür ki, Şəxs MMC-nin direktoru X2 protokolun surətini həmin tarixdə almışdır. İş materiallarında olan inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin direktoru X2 00100- 01234/23 saylı işin materialları ilə tanış olmuş və heç bir vəsatət irəli sürməmişdir. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanının 3.7.1-ci yarımbəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması gömrük orqanının razılığı əsasında həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən eyni vaxtda iki inzibati xəta törədilmişdir. Şəxs tərəfindən törədilən həmin inzibati xətalar iş materialları ilə yanaşı protokolda qeyd edilən inzibati xəta törətmiş hüquqi şəxsin nümayəndəsinin səmimi etirafı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunarkən barəsində İXM-in 34.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq ediləcəkdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcələnin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə adi olduqda, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunverici tərəfindən İXM-in 492.1-ci maddəsi həmin Məcəllənin 491.3-cü maddəsinə görə daha ciddi xəta hesab olunur. Ona görə də, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokol əsaslı olduğundan və onun tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapdığından, barəsində Azərbaycan Respublikasının İXM-in 492.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 492.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 492.1-ci maddəsi ilə hüquqi şəxs qismində 1000 (bir min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1082/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1082/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver