Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1083/2020 11.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Tələbkar Cəfərova (Ənnağıyeva) Şəhla Azər qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq 2(002)-327/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şəxs xx.xx.2019-cü il təvəllüdlü X1 üçün hər ay 160 manat sabiq pul məbləğində müvəqqəti aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildirişlər göndərilmişdir. İcra sənədi xx xxxx 2020-ci il tarixdə Qaradağ rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bundan sonra aliment məbləği artırılaraq Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat, habelə xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 üç yaşına çatanadək əlavə olaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Yeni icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildirişlər göndərilmişdir. Borclu Şəxs Məhkəmə qərarını icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər hansı əmlakvə gəliri aşkar edilməmişdir. Borclu Şəxs xx xxxxxxxx 2020-ci il tarixlərdə izahatı alınmış və ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə şifahi xəbərdarlıq edilmişdir. Borclu icra sənədləri üzrə heç bir ödəniş etməmiş, Şəxs bu günə olan aliment borcu 2600 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs barəsində inzibati protokol tərtib edilməmişdən öncə izahatı alınmış, borcluya aliment tələbinin dərhal icra edilməsinin zəruriliyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırda aliment borcunu imkansızlığı səbəbindən ödəyə bilməyəciyini bildirmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli və Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədlərindən xəbərdardır. Maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Buna görə də barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Tələbkar Cəfərova (Ənnağıyeva) Şəhla Azər qızı inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs qərəzli olaraq icra sənədləri üzrə öz öhdəliklərini ümumiyyətlə icra etməmiş, hazırda icra sənədləri üzrə aliment borcu 2600 manat olmasına baxmayaraq bu günədək ödəməkdən yayınmışdır. Buna görə də borclu barəsində ağır tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq 2(002)-327/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şəxs xx.xx.2019-cü il təvəllüdlü X1 üçün hər ay 160 manat sabiq pul məbləğində müvəqqəti aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat, habelə xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 üç yaşına çatanadək əlavə olaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli və Qaradağ rayon Məhkəməsinin 2-327/20 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən bu günədək öhdəliklərinin icra edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq səhlənkar yanaşaraq icra vərəqəsini icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 17:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 17:40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1083/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1083/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver