Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1084/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2, 10 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 17 avqust 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 11-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 30 avqust 2021-ci il tarixdə saat 18:00 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində polis əməkdaşlarının bir nömrəli “TRASS” tədbirində polisin qanuni tələblərinə tabesizlik etdiyinə görə onun barəsində 30 avqust 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X6 öz izahatında bildirmişdir ki, 30 avqust 2021-ci il tarixdə saat 18:00 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində bir nömrəli “TRASS” tədbirində xidmətdə olarkən sonradan şəxsiyyətini müəyyən etdiyi Şəxs avtomobilə yaxınlaşaraq qara sellofana bükülmüş bükümü maşındakılara paylayan zaman bundan şübhələnmiş və avtomaşına yaxınlaşaraq Şəxs onlara nə verdiyini soruşan zaman kənarda dayanmış Şəxs cavabında bunun “bomba” olduğunu bildirmişdir. O bundan sonra Şəxs yaxınlaşaraq “TRASS” tədbiri olduğu üçün yolu boşaldaraq oradan getmələrini xahiş etmiş və sellofanda olan əşyanın həqiqətən nədən ibarət olmasını aydınlaşdırmaq istəmişdir. Həmin vaxtı polis formasında olmuşdur. Bu zaman Şəxs onun qanuni tələbinə tabe olmayaraq həmin vaxt oraya yığılmış qəsəbə sakinlərinin yanında heç bir səbəb olmadan onu nalayiq şəkildə təhqir edərək oradan “rədd olub” getməsini tələb etmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və Şəxs polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında bildirmişdir ki, o 30 avqust 2021-ci il tarixdə 18:00 radələrində dostları ilə dəniz sahilinə dincəlmək üçün dostuna məxsus avtomobillə gedirmiş. Yolda avtomaşını saxlatdırıb özünə və dostlarına dönər almaq qərarına gəlmişdir. Dönəri alıb öz dostlarına payladığı zaman polis formasında olan X2 ondan əlindəki predmetin nə olduğunu soruşmasına hiddətlənmiş və bunun “bomba” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə arasında mübahisə yaranmış və əsəbiləşdiyi üçün polislə kobud danışmışdır. Lakin polisin ünvanına dediyi sözlri halhazırda xatırlamır. Daha sonra tutduğu əməldən semimi peşiman olduğunu və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Həmçinin onu da qeyd etmişdir ki, ailəlidir , bir azyaşlı övladı və xəstə anası onun himayəsindədir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, polis əməkdaşlarının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs 30 avqust 2021-ci il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən saat 18:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1084/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1084/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver