Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1084/2024 19.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Yasamal rayon Məhkəməsinin 2(004)-236/2021 saylı, 06 iyul 2021-ci il tarixli icra vərəqsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-236/2021 saylı, 06 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4818 manatın tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, cavabdeh Şəxs 7500 manat və 30 manat dövlət rüsmunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərarlar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində 27 yanvar 2022-ci il tarixdə axtarış barədə qərar qəbul edilmişdir. Borclu məhkəmə qətnaməsini icra etmədiyinə görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 3(002)-2439/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Lakin bundan sonra da borclu hər iki borcundan bu günədək heç bir ödəniş etməmişdir. Nəticədə bu gün, yəni 19 aprel 2024-cü il tarixdə sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən 19 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs1 öz izahatında bildirmişdir ki, borclu ondan qardaşı oğlunun şəxsi problemlərinin həll olunması üçün 4818 borc pul istəmiş, lakin indiyədək borcundan heç bir ödəniş etməmişdir. O hal-hazırda borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs2 öz izahatında bildirmişdir ki, borclun ondan bacısının ərinin böyrəklərinin xəstə olmasını səbəb gətirərək 7500 manat borc almış, lakin indiyədək borcundan heç bir ödəniş etməmişdir. O halhazırda borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri, ünvan 3 yaşayır, subaydır. İndiyədək və hal-hazırda hər hansı bir rəsmi iş yeri və ya qazancı olmamışdır. Hər iki tələbkara olan borcunu etiraf edir, lakin bu borc məbləğini ödəmək üçün hər hansı maddi imkana malik deyildir. Lakin iş tapacağı təqdirdə borc məbləğlərindən kifayət qədər ödənişlər edəcəkdir. Qeyd olunanların nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarların, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar inzibati xəta törətmiş, yaranmış borclarından xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 19 aprel 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Belə ki, Qaradağ rayon Məhkəməsinin 3(002)-2439/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmasına dair heç bir sübutun olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1084/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1084/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver