Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1085/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, X2 etibarnamə üzrə nümayəndəsi (atası) X3 iştirakları ilə, X1, Baş Dövlət X10 YPX inzibati qrup polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət X10 YPX inzibati qrup polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixində saat 08:51-də X14 yolunun 17-ci km- də, Xİİİ Tağım YPX inspektoru polis serjantı X5, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, idarə etdiyi **-KL-*** nömrəli avtomobilini saxlayaraq İXM-nin 327.1 maadəsinə görə ona protokol yazmışdır. O, isə polis əməkdaşına qayda pozmadığını bildirdi. Polis əməkdaşının iddiasına görə guya yolun sağ tərəfində quraşdırılan 2.5 nömrəli dayanmadan keçmək qadağandır nişanının tələblərini pozmuşdur. O isə öz növbəsində yol hərəkəti qaydalarının 69-cu maadəsinin 12-ci bəndində həmin nişanın tələblərinə uyğun tam dayanmış və başqa maşınların olmadığından əmin olduqdan sonra hərəkətə başlamışdır. YPX inspektoruna iradını bildirməyinə baxmayaraq polis əməkdaşı protokol yazmışdır. Etiraz olaraq protokoldan şikayət edəcəyini şifahi şəkildə bildirərək onlardan İXM-nin 8.2-ci maadəsinə uyğun sübut istəmişdir. Polis əməkdaşı isə sübutu təqdim etməkdən imtina etmişdir. Bu da onda protokolun əsassız yazılmasına əlavə şübhə yaratmışdır. xx.xx.2020ci ildə onun iştirakı olmadan protokol üzrə qərar qəbul edilmiş və xx.xx.2020-ci il tarixində qərar ona məxsus olan (mailto:ehmedli.eli714@gmail.comElektron ünvan ) elektron poçt unvanına göndərilmişdir. 19 gün sonra isə ona xəbər vermədən tərtib edilmiş protokol əsasında qərar qəbul edilmişdir. İXM-nin 38.6-cı bəndində vu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Foto və video kabinetimdə olmadığı halda cəlb də olunmuşam hələ üstəlik tənbeh də alrmşam. Elə ancaq bu halın özü İXM-sinin 53.0.11-ci bəndində göstərildiyi kimi icraatı rədd edən hallar olaraq artıq kifayət edir ki işə xitam verilsin. Məsələnin ən qəribə hissəsi də odur ki, asanpay və online məktub vasitəsi ilə dərhal protokoldan şikayət etməyinə baxmayaraq protokol sistemdə qərarlı olub. Hələ dəbbə pulunun vaxtının hesablanmasına da başlanılıb. Halbu ki, İXM-nə görə icraat araşdırma qurtarana kimi dayandırılmalı, işə onun iştrakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş sifarişli poçt ilə göndərilməli idi. Onun şikayətinin əsas səbəbi, haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, sübutlar olmadığı halda ona cərimə yazılıb. İXM-sinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu maddədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Bu halda isə protokoda və qərarda heç bir sübut, şahid, fotogörüntü və ya videgörüntüyə əsaslanmadan onun barəsində qərar çıxarıldı. Odur ki, xx.xx.2020-ci il tarixli heç bir əsası olmadan tərtib edilmiş İXP № ******* saylı protokolun və ona xx.xx.2020-ci ildə çatan TP № ******* saylı qərarın ləğv edilməsini, ödəniş sisteminə vaxtından əvvəl yerləşdirilmiş cərimə məbləğini, dəbbə pulunun hesablanmaması üçün qərarı və tətbiq olunmuş balın silinməsini, cavabdeh olan DİN Baş dövlət Yol Polisi-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi (atası) X8 öz izahatında ərizəyə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həmin tarixdə o, oğlu X15 ilə birgə bir avtomobildə olmuşlar. xx xxxxxx 2020-ci il tarixdə saat 08:51 radələrində X14 yolunun 17-ci km-də polis əməkdaşı onları saxlamış və güya ki, İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduqlarını bildirmişdir. O və oğlu polis əməkdaşına qeyd edilən İXM-nin əməlini pozmadıqlarını, əgər pozduqları halda isə onlara foto şəkil və ya video görüntünün təqdim edilməsini xahiş etmişlər. Belə ki, həmin yerdə nömrəsi yaddında qalmadığı “TŞK” deyilən kamerada olmuşdur. Polis əməkdaşı onlara xidməti avtomobilə əyləşməlirini və onlara görüntünün göstərəcəyini vəd etmişdir. Daha sonra isə onlar polis əməkdaşının avtomaşınına əyləşmiş və polis əməkdaşı protokol tərtib edərək oğluna verərək “burada imza çək, daha sonra isə sənə video görüntünü göstərərəm” demişdir. Polis əməkdaşının onlara hər hansl bir sübut təqdim etməyəciyindən şübhələndikləri üçün oğlu Əli barəsində tərtib edilmiş protokola imza çəkməkdən imtina etdiyini və barəsində tərtib edilmiş əsassız protokol ilə razılaşmadığını bildirmişdir. Polis əməkdaşı isə onların etirazına məhəl qoymayaraq qanunsuz protokol tərtib etmişdir. Odur ki, qeyd olunanlara əsasən Baş Dövlət X10 YPX inzibati qrup polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq Baş Dövlət X6 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcədə qeyd olunan inzibati işlə əlaqədar məhkəməyə hər hansl bir sübut təqdim edilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, tərəfin izahatını araşdıraraq hesab edir ki, X7 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolda, eləcə də onun barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan pozuntunu sübut edəcək hallara dair hər hansı bir sübutun olması öz əksini tapmamış və eləcə də məhkəməyə şəxsin təqsirli olunmasına dair hər hansı bir dəlil və sübut təqdim edilməmişdir. Bundan başqa barəsində inzibati protokol tərtib edilən X2 inzibati araşdırmanın aparılması üçün Bakı şəhər Dövlət X13 rəsmi qaydada dəvət olunmasına və izahatının alınmasına dair heç bir sübut da aşkar edilməmişdir. Bundan başqa şikayətçi öz ərizəsində əlavə olaraq ödəniş sisteminə vaxtından əvvəl yerləşdirilmiş cərimə məbləğinin, dəbbə pulunun hesablanmaması üçün qərarın və tətbiq olunmuş balın silinməsinin cavabdeh olan DİN-nin Baş Dövlət Yol Polisinin üzərinə vəzifə kimi qoyulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, xahişin bu hissəsi məhkəmənin qərarı qanuni qüvvəsinə aldıqdan sonra icra prosesində həll olunan məsələ olduğu üçün hazır ki məhkəmə baxışının predmetinə aid deyildir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1085/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1085/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver