Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1085/2022 27.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Naxçıvan MR, Babək rayonu, Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Naxçıvan MR, Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı Qazax yolunun 57-ci km-də yerləşən “Qızıl Qum” kafesinin qarşısında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı Qazax yolunun 57-ci kmdə YPXA-nın əməkdaşları 2 ədəd “Mercedes Benz” və “Man” markalı yük maşınlarının yoldan 5 metr kənarda dayandıqlarının şahidi olmuş və həmin maşınların sürücülərinə yaxınlaşmış, sürücülərin kafenin qarşısında yemək yediklərini görmüşlər. Bundan sonra YPXA əməkdaşları sürücülər Şəxs və onun oğluna maşınları yoldan çəkmələrini bildirmiş, bu zaman Şəxs ona yemək yediyini və 10 dəqiqədən sonra çıxacaqlarını bildirmişdir. Lakin YPXA əməkdaşları onlara tez çıxmalı olduqlarını bildirmiş həmin vaxt aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı YPXA əməkdaşları PPX-dan kömək çağırmışlar ki, vətəndaşlar onların qanuni tələblərinə olmamışdır. Bundan sonra Şəxs barəsində İXMnin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı Man markalı yük avtomobili ilə və oğluna məxsus Mercedes Benz markalı **-EF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakıdan Naxçıvan istiqamətində hərəkət edərkən yolda yemək üçün Bakı Qazax yolunun 57-ci km-də Qızıl Qum kafesində dayanmışlar. Bundan sonra polis əməkdaşları onları çağıraraq avtomobilləri yoldan kənara çəkmələrini bildirmişlər. Daha sonra o, polisin xidməti maşınına yaxınlaşmış və maşının şəklini çəkməməsini demişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Həmçinin o, elə zənn etmişdir ki, polis əməkdaşı onun oğluna qarşı zorakılıq hərəkətləri edir, odur ki, polisin ünvanına nalayiq ifadə işlətmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol Patrul Xidməti Alayının, polis baş serjantı X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı Qazax trasının 58-ci kmdə dayanan Man markalı **-CZ-*** dövət nömrəli yük maşınını sürücüsünə həmçinin ondan bir qədər irəlidə dayanaraq dayanma durma qaydasını kobud şəkildə pozan Mercedes Benz markalı **-EF-*** dövlət qeydiyyat nişanlı yük maşının sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Magistral yolda işıqlandırmanın zəif olmasını nəzərə alaraq, baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını alınmaq məqsədilə həmin sürücülərə yük maşınlarının kənara çəkilməsini bildirmişlər. Lakin hər iki şəxs onların qanuni tələblərinə tabe olmamaqla yanaşı ümumi polisin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışlar. Onlar dəfələrlə hər iki şəxsi nizam intizama dəvət etsələr də polisin qanuni tələblərinə tabe olmamışlar. Daha sonra həmin şəxsləri 11-ci polis bölməsinə dəvət olunması üçün əməliyyat qrupunu çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol Patrul Xidməti Alayının, polis baş serjantı X1 özündən əvvəl izahat vermiş şahid Yol Patrul Xidməti Alayının, polis baş serjantı X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin rəisi polispolkovniki Yasər İbadova ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, 26 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları 1 №-li tədbirlə əlaqədar olaraq xidmət aparmışlar. Quliyev Tural və Rəhimov Məmmədrza ilə birlikdə rayon istiqamətində Bakı- Qazax yolunun 58-ci km-də dayanan Man markalı **-CZ-*** dövət nömrəli yük maşınını sürücüsünə həmçinin ondan bir qədər irəlidə dayanaraq dayanma durma qaydasını kobud şəkildə pozan Mercedes Benz markalı **-EF-*** dövlət qeydiyyat nişanlı yük maşının sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin sürücülərə hərəkət iştirakçılarına maneçilik törətmələrini bildirərək yük maşınlarının kənara çəkilməsini bildirmişlər. Lakin hər iki şəxs onların qanuni tələblərinə tabe olmamaqla yanaşı ümumi polisin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışlar. Onlar dəfələrlə hər iki şəxsi nizam intizama dəvət etsələr də polisin qanuni tələblərinə tabe olmamışlar. Daha sonra həmin şəxsləri 11-ci polis bölməsinə dəvət olunması üçün əməliyyat qrupunu çağırmışlar. Həmin şəxslər PB-yə gəlməkdən imtina etdikləri üçün polis əməkdaşları əməliyyat qrupunun köməyi ilə onları PB-yə gətirmişlər. PB-də həmin şəxslərin Şəxs və X7 olması müəyyən edilmiş, raportun ətraflı araşdırılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X8 haqqında“ protokoldan görünür ki, Şəxs 27 sentyabr 2022-ci il tarixdə saat 00:15-də inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 26 sentyabr 2022ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, həmçinin şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 57-ci km-də yerləşən “Qızıl Qum” kafesinin qarşısında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, Həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1085/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1085/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver