Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1087/2024 07.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Özbəkistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin DYPŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 08 aprel 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 17 noyabr 2023-cü il tarixli EQ 18102062 saylı protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 3(002)-702/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarına əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, “Hyundai Santafe” markalı, ** ZC *** dövlət nömrə nişanlı avtomobil dostu Sabir Əliyevə məxsusdur, Sabir Əliyev ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Lakin inzibati xəta hadisəsi baş verən zaman, yəni 17 noyabr 2023-cü il tarixdə o qeyd edilən avtomobili idarə etməmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə rəsmi rəsmi məlumat verilsə də qeyd olunan tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından o inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 3(002)-702/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarına əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Bundan başqa həmin qərardan aydın olur ki, X1 öz izahatında , “Hyundai Santafe” markalı, ** ZC *** dövlət nömrə nişanlı avtomobilin ona məxsus olduğunu və 17 noyabr 2023-cü il tarixdə avtomobili özü idarə etdiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi hazırki iş üzrə Şəxs əməlində inzibati xəta tərkibinin olmaı öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 08 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1087/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1087/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver