Məhkəmə qərarları › İş №3(002)-1088/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1088/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1088/2020 14.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-6776/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli və 2(002)-7200/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 6776/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli məhkəmə əmrinə əsasən xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan Şəxs X3 xeyrinə 3138 manat əsas borc və 20 manat dövlət rüsumun tutulması qət edilmişdir. Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)-7200/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli icra vərəqəsinə əsasən xx xxxxxxx 2015-ci il tarixli müqavilə üzrə cavabdeh Şəxs 2556 manat ödənilməmiş hissə 390 manat məznnə fərqi, 200 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3176 manat məbləğində pulun tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bu günədək heç bir ödəniş etməmişdir. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qərarlarından məlumatı vardır. Qaradağ rayon məhkəməsinin 2(002)-6776/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən ondan X3 xeyrinə 3138 manat əsas borc və 20 manat dövlət rüsumun tutulması qət edilmişdir. Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)-7200/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli icra vərəqəsinə əsasən xx xxxxxxx 2015-ci il tarixli müqavilə üzrə ondan 2556 manat ödənilməmiş hissə 390 manat məznnə fərqi, 200 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3176 manat məbləğində pulun tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Hal-hazırda işsiz olduğundan və başqa hər-hansı bir gəlirə malik olmadığından borcundan ödəniş edə bilməmişdir. Lakin bunlara baxmayaraq o ödəniş etməkdən qəsdən boyun qaçırtmır. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və borcunu ödəməkdən qəsdən boyun qaçırtmadığını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Şəxs adında “Mercedes 290” minik markalı ** RX *** dövlət qeydiyyat nişanlı və “VAZ-2106 minik” markalı ** BV *** dövlət qeyiyyat nişanlı, “Meceds-250 D” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı, “VAZ-21063 minik” markalı ** CC *** dövlət qeyiyyat nişanlı və “Hyundai Sonata minik” markalı ** CO *** dövlət qeyiyyat nişanlı avtomobillər vardır. Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli qərardlarından da aydın olur ki, Şəxs borclarının ödənilməsi məqsədi ilə yuxarıda qeyd olunan avtomobillərin üzərinə həbs qoyulmuşdur. Lakin iş materiallarında həmin avtomobillərin yerinin müəyyən edilib-edilməməsi və yaranmış borcun həmin avtomobillərə yönəldilməsinə dair başqa hər hansı bir icra hərəkətlərinə dair sübut aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. X2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar