Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1090/2023 14.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X3 müdafiəçisi və nümayəndəsi “Sirius” Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 15 may 2023cü il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 192.1-ci maddəsi ilə o 4000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzində 6-cı sıra 34 nömrəli “Chocolate” adlı mağazasında geyim əşyaların satışı ilə məşğul olur. Geyim satışı ilə məşğul olarkən polis əməkdaşları mağazaya gələrək ona qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozduğuna dair iddia irəli sürmüşdür. Barəsində Qaradağ rayon prokuroru Zəfər Əhmədovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə başlatdığı inzibati xəta haqqında iş üzrə icraata başlaması qanunsuz və əsassız qəbul edilən bir qərardır. Onun hüquqları pozulur. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən polis əməkdaşlarının qeyd olunan inzibati xəta iiə bağlı göstərilən hərəkətləri etmək səlahiyyətləri yoxdur. Belə ki, X6 və X9 arasında iş saatından sonra mağazının yerləşdiyi yerdən kənarda onlara məlum olmayan səbəbdən mübahisə yaranmış və dalaşmışdırlar. Həmin zaman da hər iki şəxs 102-ə zəng edərək bir-birlərindən polisə şikayət etmişlər. Bu səbəbdən polis əməkdaşları “Chocolate” adlı mağazaya gələrək araşdırma aparmış və bu hal onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Göstərilən halla bağlı araşdırma aparmağa polis əməkdaşlarının ümumiyyətlə səlahiyyəti yoxdur. İnzibati xətalar haqqında icraat məhz X6 və X2 izahatları əsasında başlanmışdır. Bu isə tamamilə qanunsuzdur. Adıçəkilən şəxslərlə müqavilə hüquqi qüvvəyə mindiyi vaxtdan onlar əmək fəaliyyətlərinin icrasına başlamışdırlar. Həmçinin tam əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqavilələri bağlanmışdır və elektron sistemə əlavə edilmişdir. Adıçəkilən şəxslər bunun əksini iddia etsələr də, bunu sübuta yetirən hər hansı dəlil təqdim edilməmişdir. Barəsində isə məhz X6 və X2 yalan izahatları əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanmda X13 Xidməti Bakı şəhər idarəsi rəis müavini Bağırov Fərid tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehə vermə haqqında qərarın əsassız və qanunsuzdur. Belə ki, barəsində verilən inzibati tənbeh vermə haqqında qərarda göstərilən vətəndaşlar - X6 və X5 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin görülməsi kimi qanunsuz hərəkətə yol verməmişdir. Barəsində X13 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə 4000 (dörd min) manat inzibati cərimə tətbiq edilib. Əsassız və qanunsuz şəkildə qəbul edilən bu qərar onun xərcə düşməyilə nəticələnmişdir. Ötən ilin oktyabr ayından mağazada əmək müqaviləsi ilə çalışan X1 ifadəsində bildirdiyi bəzi məsələlər yalnışdır. Belə ki, X6 2023-cü ilin yanvar ayının 24-dən mağazada işçi kimi fəaliyyətə başlayan zaman onunla aralarında bağlanmış əmək müqaviləsi artıq hüquqi qüvvəyə minmişdir. O, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilərək işdən çıxmışdır. O, ifadəsində bildirmişdir ki, mağazada işə başlayan zaman əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. X21 dediyi kimi əgər həqiqətən işə başlayan zaman aralarında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdirsə, o zaman niyə gəlib mağazada işləyirdi ki? Əgər öz hüquqlarının təmin olunmasını belə ürəkdən istəyirdisə, niyə gəlib ona o vaxt bildirməyib və ya şikayət etməyib? Deməli ki, X1 ifadəsində bildirdikləri tamamilə yalnış və barəsində yalan ifadələr məcmusundan ibarətdir. O, bildirir ki, hər gün saat 08:00-dan 18:00-a qədər işləmişdir. Mağazada çalışan şəxslər gündəlik 8 saatdan çox iş görməmişlər, onlar üçün stabil iş saatı təyin etmişdir. Mağazada çalışan şəxslərin əmək hüquqlarının pozulmamasına daim diqqət yetirmişdir. Mağazada əmək müqaviləsi əsasında çalışan digər bir işçi isə X10 da izahatında X1 verdiyi ifadəyə bənzər bir ifadə vermişdir. xx.xx.2023-cü il tarixindən Umudova Aynurə ilə əmək müqaviləsi imzalanıb və işə həmin vaxtdan etibarən işləməyə başlamışdır. xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilməklə işdən çıxmışdır. X10 da mağazanın digər əmək müqaviləsi ilə işləyən işçiləri kimi gündəlik 8 saatlıq iş günü formasında işləmişdir. Yuxarıda göstərilən kimi mağazada işçi kimi fəaliyyətə başlayan və əmək müqaviləsi əsasında çalışan hər bir kəsin əmək hüquqları tam təmin olunur. Umudova Aynurənin izahatının X1 izahatı ilə oxşar olması və hər ikisinin eyni anda işdən çıxması və hər ikisinin izahatlarını eyni olmasından onu deyə bilər ki, hər iki şəxs - X10 və X6 öncədən bunu planlaşdırmış və hətta X14 da bu ittifaqa daxil olmuş və planlaşdırılmış şəkildə həyata keçirilmişdir. Bu üçlünün həyata keçirmək istədiyi bu qərəzli münasibət, planlaşdırılmış işin arxasında ona yüklü miqdarda zərər, ziyan vurmaq istəkləri dayanır. Bu planlaşdırılmış işin arxasında dayanan bu şəxslər ona yüksək məbləğdə ziyan vuraraq onu dəhşət doğuran əlacsız bir vəziyyətə salmaq niyyətləri vardır. Bütün bunları nəzərə almaqla demək olar ki, Qaradağ rayon prokurorluğunun İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlatdığı inzibati xəta haqqında iş üzrə icraata başlaması və X13 Xidməti Bakı şəhər idarəsi rəis müavini Bağırov Fərid tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehə vermə haqqında qərarı yuxarıdakılara əsasən əsassız və qanunsuzdur. Polis əməkdaşları tərəfindən də adıçəkilən şəxslər və X14 aldadılaraq yalan izahatlara qol çəkilmişdir. Onun əməlimdə adıçəkilən inzibati xəta tərkibinin əlamətlərini təsdiq edən izahatlardan başqa heç bir sübut əhəmiyyətli dəlil yoxdur. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Orxan Ocaqov icraatında olan HK-1/500 nömrəli material üzrə araşdırma zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən barəsində Təhminə Nəcəfova və X23 ticarət mərkəzində satıcı kimi müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyini müəyyən edərək onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Qaradağ Rayon Prokurorluğuna göndərilmişdir. Qaradağ Rayon Prokurorluğu əməkdaşlarının izahat aldığı müvafiq şəxslər - X10, X6 və X14 onun barəsində yalan-yalnış ifadələr vermiş və bunların əsasında Qaradağ Rayon Prokurorluğu tərəfindən barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozduğuna dair iddia irəli sürmüş və Qaradağ rayon prokuroru Zəfər Əhmədovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlatdığı inzibati xəta haqqında iş üzrə icraata başlatmışdır. Qaradağ Rayon Prokuroru Zəfər Əhmədovun belə bir qərarı qəbul etməsi qanunsuz və əsassız qəbul edilən bir qərardır, bu qərarın qəbul edilməsi ilə onun hüquqlarım pozulur. Yuxarıda bildirdiyi kimi bu 3 şəxs - X10, X6 və X14 əvvəlcədən əlbir olmuş bir qrup şəklində məqsədli olaraq mənim qanunu pozmaqla bağlı təkidli fikirlər səsləndirilmişdir və böyük ehtimalla da ondan pul almaq niyyətləri var. O, hər zaman işçilərinin sağlam iş şəraitində gündəlik müəyyən olunmuş iş vaxtında, təhlükəsiz iş mühitində çalışmalarına səy göstərmişdir, işçilərin müəyyən olunmuş iş saatları, istirahət vaxtları var idi. O, mağazanı idarə edən zaman çalışır ki, ölkənin ali qanunverici aktı olan Azərbaycan Respublikasının Konstitusiyasında əmək hüquqları ilə bağlı öz əksini tapan hüquq normalarına, müddəalara əməl etməyə və həyata keçirmişdir. Belə ki, Konstitusiyaya əsasən, heç bir işçini zorla işlətməmişdir, əmək müqaviləsi sərbəst şəkildə bağlanıb, heç bir işçini əmək müqaviləsini bağlamağa məcbur etməmişdir, hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə, heç bir ayrı-seçkilik qoyulmadan, öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından (345 manat) az olmayan haqqı təmin etmişdir. Eyni zamanda Əmək müqaviləsi bağlayaraq işləyən işçilərinə qanunla müəyyən olunmuş 8 saatlıq iş rejimi müəyyən olunmuş, istirahət və bayram günlərində məzuniyyətin verilməsi təmin olunur. Yuxarıda göstərilənlərə əsasən, bu 3 şəxsin birgə ittifaqı ilə haqqımda,onları guya əmək müqaviləsi bağlamadan,hüquqi qüvvəyə minmədən onlara işlərin və xidmətlərin yerinə yetirilməsi ilə bağlı göstəriş vermişdir, izahatlarında bildirdikləri bu ifadələr əsassız və yalandır. O, hər zaman Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini öndə saxlamış, qanunun müvafiq tələblərini yerinə yetirərək qanunla hərəkət etmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 müdafiəçisi və nümayəndəsi “Sirius” Vəkil Bürosunun vəkili Vəkil şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X12 bildirmişdir ki, X7 qeydiyyat üzrə Ordubad rayonuna məlumat göndərilmişdir. Telefon vasitəsi ilə əlaqə saxlanılıb idarəyə dəvət olunmuşdur. Qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli xidmət müqaviləsindən X11 (sifarişçi) ilə X10 və X6 (icraçı) arasında xidmət müqaviləsi bağlanmış, qeyd edilən müqaviləyə əsasən icraçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun müqabilində xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Chocolate” mağazasında satıcı işləyən X8 izahatına əsasən, həmin mağazada satıcı işləmiş Nəcəfova Təhminə və Umudova Aynurənin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi tam olaraq öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1090/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1090/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver