Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1092/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 01.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra vərəqləri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 016-EMB-1123-19 saylı kredit müqaviləsi üzrə yaranmış 1093.00 (min doxsan üç) manat məbləğində əsas borc və ödənilməmiş 30.40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, 137286-1-14615/2 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 24 fevral 2021-ci il tarixə Banka borclu olduğu 6.837,69 manat məbləğində əsas borc, 33.94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6.871,63 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqı Şəxs tutularaq, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı ütü, Panasonic markalı üzqırxan, Panasonic markalı 2 ədəd ev telefonu, Logitech markalı Mouse üçün 187 manat məbləğində ödənilməmiş hissə, 18 manat cərimə borcu, cəmi 205 manat məbləğində borc və 20 manat ödənilməmiş dövlət rüsumu, cəmi 225 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra 01.09.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Borclu tərəfindən məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə elektron qaydada müvafiq sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borcluya məhkəmə qərarı ilə bağlı izahat verməsi tapşırılsada, borclu izahat verməkdən və onun barəsində tərtib olunmuş inzibati protokolu imzalamaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Ramin Həsənov barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədləri üzrə borclu olduğunu qəbul edir, lakin maddi imkanı aşağı olduğundan və işsiz olduğundan indiyə qədər icra sənədlərinin icrasını təmin edə bilməmişdir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini icra etmək niyyətindədir. Gələcəkdə işlə təmin olunduqdan sonra hissə-hissədə olsa öhdəliyini icra edəcəkdir. Göstərilənləri və əməlindən səmimi peşman olmasını nəzərə alınaraq barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 016-EMB-1123-19 saylı kredit müqaviləsi üzrə yaranmış 1093.00 (min doxsan üç) manat məbləğində əsas borc və ödənilməmiş 30.40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 04.09.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, 137286-1-14615/2 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 24 fevral 2021-ci il tarixə Banka borclu olduğu 6.837,69 manat məbləğində əsas borc, 33.94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6.871, 63 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və onun ödənilməsi üçün 0.40 manat məbləğində xidmət haqqı Şəxs tutularaq, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 02.07.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı ütü, Panasonic markalı üzqırxan, Panasonic markalı 2 ədəd ev telefonu, Logitech markalı Mouse üçün 187 manat məbləğində ödənilməmiş hissə, 18 manat cərimə borcu, cəmi 205 manat məbləğində borc və 20 manat ödənilməmiş dövlət rüsumu, cəmi 225 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 12.07.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir. 01 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Qaradağ rayon İcra Şöbəsinin icraatında olan borclu X2 icra işləri üzrə izahat verməkdən və icra işlərini icra etməkdən imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 01.09.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2020 saylı, 18.06.2020-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-1305/2021 saylı, 17.05.2021-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1575/2021 saylı, 01.06.2021-ci il tarixli icra vərəqələrinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə onun cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1092/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1092/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver