Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1094/2024 15.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin vəkili Nümayəndə iştirakı ilə, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100-1977/23 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100-1977/23 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə məsuliyyətə cəlbetmə müddətinin ötürülməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X3 28 avqust 2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə barədə qərar qəbul edərək, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin "Qeyd" hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50 (əlli) % həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alnmışdır. Sözügedən qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X6 tərəfindən vəzifəli şəxs X7 barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00100-1977/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. 12 oktyabr 2023-cü il tarixdə vəzifəli şəxs X7 barəsində inzibati araşdırma başa çatdığından Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında "Forma 3.9.2.1" elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən X5 (VÕEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 16836.89 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, vəzifəli şəxs X2 (VÖEN: **********) adından bağlanılmış xx/xx/2017 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş xeyli miqdarda, yəni ümumilikdə 16836.89 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Aparılan araşdırma zamanı X2 ünvanına tərəfimizdən 1400-013/0xx-xx/002557 nömrəli xx.xx.2023-cü il tarixli və 1400-013/0xxxx/003025 nömrəli xx.xx.2023-cü il tarixli məktublar göndərilərək dəvət edilmiş və lakin Niftalı Mahmudov çağırış üzrə gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Daha sonra X2 izahatının alınmasından ötrü şöbəyə gəlinməsinin təmin edilməsi barədə əməliyyat tapşırığı yazılmış və həmin əməliyyat tapşırığına cavab olaraq ünvan 1 ünvanında qeydiyyatda olan X5 ətrafında kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmin şəxsin orada formal qeydiyyatda olması və yaşamaması müəyyən edilmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı X5 ilə Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "SK" Etalonstroy" şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27/01/017 nömrəli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük **********5973 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 16836.89 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. X5 tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "SK" Etalonstroy" şirkəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27/01/017 nömrəli müqavilə üzrə alğı-satqı növündə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda, milli valyutaya nisbətdə 29128 (iyirmi doqquz min yüz iyirmi səkkiz) manat təşkil edən 16836.89 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri mövcud olduğundan toplanmış material baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Nizami Rayon Prokurorluğu tərəfindən 27 may 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və 05 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. X5 tərəfindən xx/xx/2017 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə əsasında Rusiya Federasiyasına ixrac edilmiş mallar 2017-ci il 14 fevralda **********5973 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və həmin müqaviləyə görə 16836.89 ABŞ dolları məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə vəzifəli şəxslərin həmin maddəyə görə məsuliyyəti 26 aprel 2022-ci il tarixdə dəyişiklik edildikdən sonra yaranmışdır. Beləliklə, baxış nəticəsində X5 (VÖEN: **********) tərəfindən xx/xx/2017 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etməklə **********5973 sorğu nömrəli gömrük bəyannamələri üzrə xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 29129.50 (iyirmi doqquz min yüz iyirmi doqquz manat əlli qəpik) AZN - 16836.89 ABŞ dolları xarici valyuta məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet çıxarışına əsasən 16836.89 ABŞ dolları xarici valyutada vəsaiti milli valyutaya nisbətdə 29129.50 (iyirmi doqquz min yüz iyirmi doqquz manat əlli qəpik) AZN təşkil edir. Təhlil olunan hadisədən göründüyü kimi X5 tərəfindən həyata keçirilən xarici iqtisadi fəaliyyət Bakı Baş Gömrük İdarəsində **********5973 sorğu nömrəli Gömrük bəyannaməsi ilə aparılan rəsmiləşdirmə əsasında 14 fevral 2017-ci il tarixdə aparılmışdır. Buna uyğun olaraq malların dəyəri müvafiq olaraq, ən geci xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli idi. Qeyd olunanlara əsasən, X5 barəsində İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Hazırda isə, sözügedən qərardan məhkəməyə şikayət verilməsi zərurəti yaranmışdır. Hesab edirik ki, mübahisəli qərar İXMnin müvafiq maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən, gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Lakin, sözügedən İXM-nin 483-cü maddəsi uzanan inzibati xətalara münasibətlərinə aid edilə bilməz, çünki xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Artıq 180 gün ərzində sözügedən məbləğin müvəkkil edilmiş bank hesabına köçürülməməsi ilə inzibati xəta törədilmişdir, burada isə, hər hansı uzanan inzibati xətadan söhbət gedə bilməz və xx.xx.2017-ci il tarixdə artıq inzibati xəta törədilmişdir. X5 həmin andan etibarən 1 il müddətində, yəni xx.xx.2018-ci ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Göstərilənləri nəzərə alaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili Nümayəndə şikayəti müdafiə edərək bildirdi ki, X5 tərəfindən 2017-ci ildə artıq 180 gün ərzində sözügedən məbləğin müvəkkil edilmiş bank hesabına köçürülməməsi anından inzibati xəta törədilmişdir, burada isə, hər hansı uzanan inzibati xətadan söhbət gedə bilməz və xx.xx.2017-ci il tarixdə artıq inzibati xəta törədilmişdir. X5 həmin andan etibarən 1 il müddətində, yəni xx.xx.2018-ci ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Göstərilənləri nəzərə alaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X3 28 avqust 2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə barədə qərar qəbul edərək, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin "Qeyd" hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50 (əlli) % həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alnmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında "Forma 3.9.2.1" elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən X5 (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 16836.89 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, vəzifəli şəxs X2 (VÖEN: **********) adından bağlanılmış xx/xx/2017 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş xeyli miqdarda, yəni ümumilikdə 16836.89 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının" 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. İş materialından aydın olur ki, Nizami Rayon Prokurorluğu tərəfindən 27 may 2023cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və 05 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X5 xx.xx.2017-ci il tarixli, 27/01/017 nömrəli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük **********5973 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb malları Azərbaycan Respublikasından ixrac etmişdir. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməli olduğu halda X2 tərəf olduğu müqaviləyə görə 16836.89 ABŞ dolları məbləğində pul vəsaiti geri qaytarılmamışdır. İnzibati orqan tərəfindən qeyd olunan inzibati xəta onun törədildiyi gün müəyyən edilməmiş, 2023-cü ilin mart ayında aşkara çıxarılmaqla X2 əməlində cinayət hadisəsinin mövcud olub-olunmamasının müəyyən edilməsi məqsədilə əldə olunmuş məlumatlar Nizami rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə X5 tərəfindən həyata keçirilimiş məhsulların ixracı üzrə əməliyyatla bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində sonuncunun müvəkkil edilmiş bank hesabına müvafiq məbləğin köçürülməməsi nəticəsində baş vermiş inzibati xətanı uzanan inzibati xəta hesab edərək 2021-ci ildə baş vermiş əməliyyatla bağlı 2023-cü ildə inzibati təbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə” dair 28 mart 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta o halda törədilmiş hesab olunur ki, mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının gecikdirilməsi ilə bağlı həmin Məcəllənin 499.1-ci maddəsində göstərilən müddətlərin bitməsinədək mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və ya bu əraziyə qaytarılmamış olsun. Qeyd edilməlidir ki, uzanan və davam edən inzibati xətalar fərqli anlayışlar olmaqla, belə inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddətinin hesablanması digər inzibati xətalardan fərqlənir. İnzibati Xətalar Məcəlləsində uzanan inzibati xətalara görə məsuliyyətə cəlb edilmə müddətinin hesablanma qaydası müəyyənləşdirilsə də, uzanan və davam edən inzibati xətaların anlayışı verilməmişdir. Bununla yanaşı hüquq nəzəriyyəsində formalaşmış anlayışa əsasən, davam edən inzibati xəta zaman baxımından ara verməklə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid niyyətlə həyata keçirilməsidir. Konstitusiya Məhkəməsinin Plenumu uzanan inzibati xətalarla bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 mart tarixli Qərar). Uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta mallar və ya nəqliyyat vasitələrinin müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədildiyi və həmin anda bitdiyi üçün bu əməl uzanan inzibati xəta hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi vacib hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətaların törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edildiyi əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün hesab edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2024-ü il tarixli Qərarında qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq məhz 180 gün ərzində təmin edilməsi nəzərdə tutulduğundan, qeyd olunan hərəkət qanunvericiliklə müəyyən olunmuş müddət ərzində yerinə yetirilmədikdə inzibati xəta törədilmiş sayılır və 180-cı günün növbəti günü şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müddətinin axımına səbəb olur. Beləliklə, inzibati xəta törətmiş şəxs 180-cı günün növbəti günündən etibarən X4 38.1-ci maddəsinə əsasən 1 il keçənədək inzibati məsulyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən təqsirsizlik prezumpsiyası prinsipinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X5 tərəfindən xx.xx.2017-ci il tarixdə artıq inzibati xəta törədilmişdir. X5 həmin andan etibarən 1 il müddətində, yəni xx.xx.2018-ci ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100-1977/23 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarı 53.1.6-cı maddəsinə əsasən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin vəkili Nümayəndə şikayəti təmin olunsun. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00100 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1094/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1094/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver