Məhkəmə qərarları › İş №3(002)-1096/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1096/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1096/2024 16.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Ekologiya yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində Bakı-Qazax yolunun 8-ci kilometrliyində təqribən 70-80 km/s surət ilə hərəkət edən zaman Qazel markalı, **-UZ-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəza nişanı qoyulmadan yolun orta zolağında durmuş, o da avtomobili manevretmə və dayandırmağı çatdırmadığından ona çırpılmışdır. İnspektor ona bildirmişdir ki, ara məsafəsini qorumamışdır. O isə öz növbəmdə etiraz edərək, həmin yolun maksimal surətinin 100 km/s olduğunu, qəza nişanı olmadan bunu etməyin çox çətin və təhlükəli olduğunu bildirmişdir. İnzibati pozuntu törətməsi sübut edilmədən, inspektor ona inzibati protokol tərtib etmişdir. İnzibati pozuntunu törətməməsi nəzərə alınaraq, xahiş edir ki, barəsində tərtib olunmuş İXP6161750 saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılsın və nəqliyyat vasitəsinə dəymiş maddi ziyan qarşı tərəfdən ödənilsin. Hesab edir ki, Qazel markalı, ** UZ *** qeydiyyat nişanlı nəqliyat vasitəsinin sürücüsü "Yol hərəkəti qaydaları"nın 55-ci maddəsinin 1,2,3 bəndlərini pozaraq qəza şəraiti yaradığına görə bu hadise baş vermişdir. Maddə 55. İ. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bumümkün olmadıqda sekinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olanyol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onuhərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinəməlumat verməlidir. İİ. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkəthissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəzadayanması işıq signalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. İİİ. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində zərurət olduqda isə, həm də qabaqtərəfində, həmin zolaqda, neqliyyat vasitesinden ən azı 30 metr mesafədə elə quraşdırılır ki,yaxınlaşmaqda olan neqliyyat vasitəlerinin sürücüleri onu kifayet gədər mesafedən görə bilsinler.Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və yabilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin Onuda bildirmək istəyir ki, qəza şəraiti yaratma, yəni yol hərəkəti qaydalarını pozmaqla hərəkətin başqa iştirakçılarını özünün və ya yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini və ya istiqamətini qəflətən və kəskin dəyişməyə və ya başqa tədbirlər görməyə məcbur etmə. Beləliklə, sürətin və ya istiqamətin istənilən dəyişməsinə deyil, məhz qəflətən gözlənilməz olaraq dəyişməsinə, özü də kəskin dəyişməsinə məcbur edilmə qəza şəraiti yaratma hesab olunur. Qəza şəraiti digər hərəkət iştirakçısını adi manevr etməyə məcbur etmədə yox, onu Xüsusi Sayıqlıq və məharət göstərməklə yol-nəqliyyat hadisəsindən qaçmaq üçün manevr etməyə məcbur etmədə ifadə oluna bilər. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib edilən TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, Baş X7 İdarəsi Ekologiya yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə inzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 07 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 Bakı Qazax dairəvi yolu 8 km Bakı istiqamətində Hyundai markalı, 90PR894 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən araməsafəsi qaydalarının pozulması halına yol vermiş və buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 07 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X5” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X5 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İşin hallarından görünür ki, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi müəyyən edildiyindən sonuncu barəsində səlahiyyətli şəxs tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X2 tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inpektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polis İdarəsi Ekologiya Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar