Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1097/2021 02.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş MN ******* saylı 02 sentyabr 2021-ci il tarixli inzibati protokoldan aydın olur ki, Şəxs 02 sentyabr 2021-ci il tarixdə təxminən saat 02:00 radələrində Müşfiqabad qəsəbəsində polis işçiləri ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 01 sentybar 2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olan zaman saat 23:20 radələrində vətəndaş X1 Şəxs tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvləri , 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Orxan Səmədovla birlikdə Şəxs yaşadığı ünvan 2 ünvanının yaxınlığına getmişlər. Həmin ünvanın qarşısında olarkən Şəxs polis bölməsinə dəvət olunmuş lakin sonuncu sərxoş halda olduğundan tabesizlik göstərərək ucadan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polis bölməsinə getməkdən imtina etmiş və tabesizlik göstərmişdir. Nəticədə Şəxs 02 sentyabr 2021-ci il tarixdə saat təxminən 03:00 radələrində 10-cu Polis Bölməsinə gətirilmiş, Polis Bölməsinin inzibati binasında olan zaman qanunsuz hərəkətlərini davam etdirərək polisin şəxsi heyətinin ünvanında ucadan nalayiq ifadələr işlətmiş və ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq tabesizlik göstərməyə davam etmişdir. Şəxs sonradan törətdiyi əməldən peşman olmuş və polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 02 sentybar 2021-ci tarixdə gecə saatlarında yaşadığı əraziyə DİN 102 xidmətinə edilən müraciətlə əlaqədar gələn polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Etdiyi əməldən peşmandır və bir daha belə bir əməl törətməyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 02 sentybar 2021-ci il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuş, 02 sentyabr 2021-ci il tarixdə saat 15:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə” dair 02 sentyabr 2021-ci il tarixli 2/12050 saylı protokoldan aydın olur ki, Şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və ona qarşı hal-hazırda heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1097/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1097/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver