Məhkəmə qərarları › İş №3(002)-1097/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1097/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1097/2023 22.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş X2 İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 06 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 06 aprel 2023cü il tarixdə, saat 19:08-də idarə etdiyi “Kamaz 6520 yük” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 06 aprel 2023cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, o, Biləsuvar rayonu, Bağbanlar kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki azyaşlı uşağı var, orta təhsillidir. 06 aprel 2023-cü il tarixdə özünə məxsus “Kamaz 6520 yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən Biləsuvar rayonuna mişar daşı aparırmış. Qaradağ postuna çatanda yol polisi əməkdaşları onu saxlamış və idarə etdiyi yük avtomobilinin ümumi çəkisinin müəyyən edilməsi məqsədilə ondan tərəziyə çıxmasını xahiş etmişlər. O, bu tələbi könüllü olaraq yerinə yetirmiş və ona bildirmişlər ki, idarə etdiyi yük avtomobilinin çəkisi normadan artıq yəni, 33.100 kq-dır. Yəni həmin vaxtı onun apardığı yükün çəkisi həqiqiətən də 31 ton olmuş olsaydı belə onun əməli inzibati xətalar qanunvericliyinə əsasən inzibati pozuntu sayılmır. Çünki o, həmişə idarə etdiyi yük avtomobilinə altı cərgə mişar daşı yükləyir və indiyədək ona heç bir irad bildirilməmişdir. Əgər onun idarə etdiyi yük maşınınında yük artıq olsaydı artıq yükün boşaldılması ondan tələb edilərdi. Lakin bu barədə ona heç bir tələb irəli sürülməmiş və o həmin yüklə yoluna davam etmişdir. Bundan əlavə əgər həmin yük qanunvericilikdə nəzərdə tutulan miqdardan yuxarı idisə yük boşaldılmalı idi. Lakin ondan bununla bağlı heç nə tələb edilməmiş və o yoluna davam etmişdir. Bütün bunların nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in Baş X2 İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilsə də qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, izahatı dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 aprel 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi (və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də törədilməsi ehtimal olunan hadisə ilə bağlı şəxsi hər hansı bir izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X1 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 066956 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 020004 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 28 iyun 2022-ci il olmaqla, 28 iyun 2023cü il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin **********026 nömrəli, 06 aprel 2023-cü il tarixli qəbzindən aydın olur ki, “Kamaz 6520” yük markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomonbil 06 aprel 2023-cü il tarixdə, saat 19:04 radələrində Bakı-Qazax yolunun 719 saylı postunda tərəzi yoxlanışı zamanı oxlarının sayı 3 ədəd olmaqla ümumi çəkisinin 31570 kiloqram olması müəyyən edilmişdir. Qeyd olunan avtomaşının BD 218796 saylı qeydiyyat şəhadətnaməsindən aydın olur ki, həmin avtomobilə görə maksimal kütlə 33.100 kq müəyyən edilmişdir. Göründüyü kimi, sürücü Şəxs həmin həmin vaxt idarə etdiyi avtomobilin maksimal kütlə həddini keçməmişdir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində göstərilir ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa məhkəmə araşdırması zamanı “Kamaz 6520 yük” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobildə aşkar edilməsi ehtimal edilən normadan artıq yüklənmiş yükün həqiqətən də boşaldılması və qeyd olunan avtomobilin idarə olunmadan kənarlaşdırılması öz əksini tapmamışdır ki, bu da qeyd olunan iş üzrə yekun məhkəmə aktının çıxarılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 96.1.7-ci maddəsinin tələbindən aydın olur ki, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar. Həmin Məcəllənin 127-1.5-ci maddəsində göstərilir ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. 127-1.6. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsi tam təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN-in Baş X2 İdarəsindən daxil olmuş inzibati protokol üzrə iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar