Məhkəmə qərarları › İş №3(002)-1099/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1099/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1099/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, İnzibati protokol tərtib edən şəxs Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis baş leytenantı X1, Şikayət verən şəxs X2 iştirakı ilə, X2, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli, EQ 14295575 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli, EQ 14295575 saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 03 may 2023-cü il tarixli, EQ 14295575 saylı qərarla o İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 21214 markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Xocasən yolu, Socarın qarşısında sola dönmə əməliyyatı etmişdir. Həmin yerdə yolun hərəkət istiqamətində qoşa xətt olduğu zaman eyni yerdə yolun sağ tərəfində düzünə və sola dönmə işarəsi vardır. Burada iki nişan bir birinə ziddiyyət təşkil etdiyi üçün mən yolun sağında olan yol hərəkət nişanını rəhbər tutub sola yanacaqdoldurma məntəqəsi istiqamətinə dönmə əməliyyatı icra etmişdir. Həmin vaxt orada olan müşahidə kamerası ilə 60 manat və 3 bal cərimə yazılmışdır. O bu barədə xx.xx.2023-cü il tarixində Baş Dövlət Yol Polisi İdarəsinə gedərək öz etirazını bildirərək ərizə ilə müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixdə Qaradağ DYP İdarəsindən zəng olunub bildirilib ki, “sənin şikayətinə baxmaq üçün bura gəlməlisən”. O həmin tarixdə Qaradağ DYP İdarəsinə getmiş və ona yazılan cərimənin əsassız olduğunu bildirmişdir. Orada ona demişlər ki, sən cəriməni ödəməlisən və başqa şikayətin varsa gedib məhkəməyə müraciət edə bilərsən. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X3 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxs Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis baş leytenantı X4 qərarı müdafiə edərək şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X3 barəsində tərtib edilmiş 03 may 2023-cü il tarixli, EQ 14295575 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, videokameraya keçirilən baxış zamanı X2 düzünə və sola yol nişanının tələbini yerinə yetirdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması şəxsin iştirakı ilə araşdırılmadan X2 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli, EQ 14295575 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar