Məhkəmə qərarları › İş №3(002)-11/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-11/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-11/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin MN ******* saylı 29 avqust 2020-ci il tarixli qərarına əsasən İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimələnmişdir. 05 mart 2021-ci il tarixdən bu cərimədən məlumatlı olsa da qanuni əsas olmadan cərimənin icrasını təmin etmədiyinə və cəriməni ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 29 avqust 2020-ci il tarixdə tətbiq olunan karantin qaydalarına vətəndaşlar tərəfindən əməl olunması yoxlanılarkən Binəqədi rayonu, Biləcəri qəsəbəsində vətəndaş Şəxs qapalı məkanda fərdi qorucuyu vasitə olan tibbi maskadan istifadə etməməsi aşkar olunmuşdur. Qeyd olunan hadisə ilə bağlı 29 avqust 2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və 29 avqust 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. 04 mart 2021-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs həmin cərimələri ödəmədiyi üçün ondan 20 noyabr 2021-ci il tarixdə izahat alınmış, vətəndaş Şəxs öz izahatında icra sənədindən xəbəri olduğunu lakin işsiz olduğu üçün cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs hal-hazırda da həmin cərimələri ödəmədiyi üçün görə İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ictimai işlər cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs rəsmi şəkildə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmaısnı mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində göstərilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi və ya qeyrirəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmdığından başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar