Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-110/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin Yol patrul xidməti inspektoru polis serjantı X4 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin Yol patrul xidməti inspektoru polis serjantı X4 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Ravon R3 CDX” minik **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Binə ticarət mərkəzinin yanından evə hərəkət edərkən həmin ərazidə Bakı şəhər DYPS Yol Patrul xidməti inspektoru polis serjantı tərəfindın saxlanmışdır. O, sənədlərini təqdim etdikdən sonra həmin polis işçisi bildirdi ki, portalda adın çıxmır, o yanacaq doldurma məntəqəsində işlədiyini və portalda icazəsinin olduğunu bildirsə də, polis əməkdaşı onun sözlərinə məhəl qoymamış və yenidən yoxlamamışdır. Onun sənədlərindən də göründüyü kimi onun icaze.e-gov.az portalında qeydiyyatı var. O heç bir qanunsuzluğa yol verməmişdir. Onun barəsində əsassız olaraq həmin protokolla Azərbaycan Respublikası.İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Ona görə də qəbul edilmiş protokolla razı deyil və bu səbəbə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilmiş dəlillərə əsasən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edib şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 Xİ tağım YPX inspektoru polis baş serjantı X7 tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən ölkədə hərəkət məhdudiyyətlərinin xx xxxxxx 2020-ci il saat 00:00-dan xx xxxxxx 2021-ci il saat 00:00-dək tətbiqi ilə bağlı bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: -təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; -yaxın qohumunun dəfnində iştirakla əlaqədar. -Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarda həmçinin göstərilir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə də tədqiq edilmiş və işdə olan xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə saat 12:10-da “Ravon R3 CDX minik” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, 200 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən məhdudiyyətlər xx xxxxxx 2020-ci il saat 00:00-dan tətbiq olunsa da, səlahiyyətli vəzifəli şəxs əsasız olaraq şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin, məhkəmə də tədqiq edilmiş və işdə olan “icaze.e-gov.az” elektron portal çıxarışından görünür ki, “xxxx” MMC-də operator vəzifəsində çalışan X3 xüsusi karantin rejimi dövründə (xx.xx.2020 - xx.xx.2021) ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ölkə ərazisi üzrə hərəkət etmək üçün rəsmi icazəsi olmuşdur. Qeyd edilənlər onu göstərir ki, səlahiyyətli vəzifəli şəxsin izibati tənbeh vermə haqqında qərar qəbul edərkən qanunun medialarına səthi yanaşmış, şəxsi məlumatları əldə etməmiş və səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Belə ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər; Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına x xxxxxx 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğ edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edirki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin Yol patrul xidməti inspektoru polis serjantı X4 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin qəbul etiyi xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-110/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-110/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver