Məhkəmə qərarları › İş №3(002)-1100/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1100/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1100/2020 17.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil Allahşükür oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, ünvan 1 B, mənzil 30 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-410/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Qaradağ rayon məhkəməsinin 2(002)-410/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə iddia tələbi qismən təmin edilərək cavabdeh Şəxs sağlamlığa vurduğu ziyana görə 47943 manat və avtomobilə dəymiş zərərə görə 33020 manat, ödənilməmiş 30 manat dövlət rüsumu, cəmi 80963 manat məbləğində pulun alınaraq iddaçı X3 ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra icra şöbəsində olmaqla izahatı alınmış və o öz izahatında xx xxxxxx 2020-ci il tarixdə vaxtından əvvəl cəzadan azad edildiyini, maddi imkanı olmadığından tam ödəniş etmədiyini bildirmişdir. Bu günədək borclu ümumilkdə 1500 manat ödəniş etmişdir. Hazırda borculunun tələbkara 79463 manat məbləğində ödənilməmiş borcu yarandığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, Qaradağ rayon məhkəməsinin 2(002)- 410/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan sağlamlığa vurduğu ziyana görə 47943 manat və avtomoboilə dəymiş zərərə görə 33020 manat, ödənilməmiş 30 manat dövlət rüsumu, cəmi 80963 manat məbləğində pulun alınaraq iddaçı X3 ödənilməsi qət edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hazırda o 2-ci qrup əlil olmaqla heç bir yerdə işləmir. Bundan başqa o bu iş üzrə cəzaçəkmə müəssisəsində cəza çəkmiş və cəza çəkdiyi dövrdə 1500 manat ödəniş etmişdir, 2020-ci ilin fevral ayının 3-də cəzadan azad olunmuşdur. Ölkədə “xüsusi karantin” rejimi tətbiq edildiyindən heç bir yerdə işə girə bilməmişdir. O məhkəmə qətnaməsini ödəməkdən qəsdən boyun qaçırtmır. Hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və 2-ci qrup əlil olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. İş materillarına əlavə edilmiş portal çıxarışından aydın olur ki, Şəxs 2-ci qrup əlil olmaqla 130 (yüz otuz) manat miqdarında təqaüd alır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30-cu maddəsinin tələbindən aydın olur ki, inzibati həbs növündə inzibati tənbeh tədbiri 2-ci qrup əlillərə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs 2-ci qrup əlil olduğu üçün İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməməlidir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil Allahşükür oğlu tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil Allahşükür oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil Allahşükür oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar