Məhkəmə qərarları › İş №3(002)-1102/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1102/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1102/2021 13.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X1 iştirakı ilə X1 Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 29 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 29 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 29 noyabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 29 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən aydın olur ki, X2 29 noyabr 2020-ci il tarixdə tibbi maskadan istifadə etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmiş və protokolun surətini almasını həmin tarixdə öz imzası ilə şəxsən təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 29 noyabr 2020-ci il tarixdə günorta saatlarında dostunu gözləyərkən öz yaşadığı binanın qarşısında dayanıb siqaret çəkirmiş. Məhəllənin tinindən polis əməkdaşları mülki maşınla dönərkən onu görmüşlər. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq onu maskasız gördüklərini bildirmişlər. O isə öz növbəsində siqaret çəkdiyini bildirmiş, hətta həmin vaxt siqaretin yerə tulladığı kötüyünü də polis əməkdaşlarına göstərmiş və tibbi maskanın cibində olduğu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona polis bölməsinə, bölmə rəisinin yanına getməli olduqlarını bildirmişlər. O da polis əməkdaşlarına tabesizlik göstərməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Daha sonra hüquqi cəhətdən savadsız olduğu üçün bilməyərəkdən ona göstərilmiş protokola imza etdirmişlər. Belə ki, polis əməkdaşları ona sadəcə xəbərdarlıq olunacağını demişlər. Daha sonra bölmə rəisinin müavininin qəbuluna girmiş, rəis müavini onu biraz sorğu-sual etdikdən sonra gedə biləcəyini bildirmişdir. Bu hadisədən uzun müddət keçdikdən sonra icra məmuru tərəfindən çağırılarkən barəsində inzibati cərimə tətbiq edildiyini bilmişdir. Odur ki, 29 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında» 19 noyabr 2020-ci il tarixli 451 nömrəli qərarından aydın olur ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

4. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir. Məhkəmə iclasında şikayətçi X2 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut və inandırıcı dəlil təqdim etməmişdir. Əksinə məhkəmə iclasında onun törətdiyi inzibati pozuntu özünün izahatı və iş materialları ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

X1, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 29 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar